Yeni Azərbaycan Partiyası ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verir
12.11.2021 [11:20]
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
Noyabrın 11-də YAP Xətai rayon təşkilatı Qacaq Nəbi 13, Məzahir Rüstəmov 88 və Məzahir Rüstəmov 122 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.
Hesabat-seçki yığıncaqlarında çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın uğurlarından geniş bəhs edərək bildirib ki, Zəfərimizin yaratdığı reallıqlar fonunda qarşıdakı dövrün aydın mənzərəsini yaratmaq mümkündür: «Ötən illər ərzində iqtisadi, siyasi, ordu quruculuğu, diplomatik, xarici siyasət sahəsində qazandığımız uğurlar 30 ilin işğalına 44 gündə son qoymaqda mühüm rol oynadı. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycanın həyatında yeni dövr - işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq mərhələsi başlayıb. Qısa zamanda görülən işlər Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hazırda sahibinə qovuşan torpaqlarımız nəhəng quruculuq meydanını xatırladır. Soydaşlarımızın rahat yaşayışını təmin etmək üçün infrastruktur yüksək səviyyədə yenilənir, uğurlu sosial layihələr həyata keçirilir. 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərin uğurlu icrası nəticəsində tezliklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcək, turizm imkanları genişlənəcək, düşməndən təmizlənmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə etməklə ölkəmizə investisiya axını sürətlənəcək.»
YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, Azərbaycanın uğurlarının bələdçisi olan, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ölkəmizin dayanıqlı inkşafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyasının 29 il ərzində atdığı addımlara diqqət yetirdikdə bu siyasi qüvvənin fəaliyyətinin əsas prinsipləri özünü qabarıq şəkildə büruzə verir. Partiyanın hər bir üzvü bu prinsipləri qorumaqla, dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılmasına dəstək olmalıdır.
Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Elçin Abdullayev Qaçaq Nəbi 13 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Xalidə Mirzəxanova sədr müavini, Aygün Əhmədli Məzahir Rüstəmov 88 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Lalə Yusifova sədr müavini, Mirfaiq Mirheydərli Məzahir Rüstəmov 122 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Simon Xudayev isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

