YAP Pirallahı rayon təşkilatından innovativ aksiya: “Partiyaya dəvət” həftəsi
16.11.2021 [17:05]
Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibəti ilə YAP Pirallahı rayon təşkilatı tərəfindən “Partiyaya dəvət ” aksiyası keçirilmişdir.
Aksiya YAP Pirallahı rayon təşkilatının “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar Tədbirlər Planı” çərçivəsində, siyasi partiyaların müasir dünya təcrübəsinə əsaslanaraq ölkəmizdə ilk dəfə olaraq yeni formatda təşkil olunmuşdur.
YAP Pirallahı rayon təşkilatının rəhbərliyi və əməkdaşları Pirallahı qəsəbəsi sakini, 18 yaşı tamam olan Mustafayev Murad Hüseyn oğlunun ad günündə evinə yollanaraq onu təbrik etmiş, Yeni Azərbaycan Partiyasının Nizamnaməsini və partiyaya dəvət şəklində xüsusi hazırlanmış bukleti təqdim etmişdir.
Aksiya zamanı YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 29 il ərzində keçdiyi çətin və şərəfli yoldan, partiyanın cəmiyyətdəki nüfuzundan, xalqın rifahı naminə gördüyü işlərdən bəhs edib. Natiq daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin hər zaman bizlərə aşıladığı kimi, daim xalqın içində, xalq naminə fəaliyyət göstərən və sözün həqiqi mənasında ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının siyasətinin prioritet istiqamətləri Azərbaycan gəncliyini öz ətrafında birləşdirmək, onlara azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi, birlik və həmrəylik, vətənpərvərlik, multikulturalizm, ailə dəyərləri, gender bərabərliyi və milli maraqlara xidmət edən ali dəyərləri aşılamaq və ümumilikdə siyasi fəaliyyətlərində daima dəstək verməkdir.
Emil Abasov çıxışı zamanı bildirdi ki, vətənimizi xaosdan xilas edərək qısa müddətə kosmik ölkəyə çevirən bir ideologiyanın daşıyıcısına çevrilmək, Qarabağdakı Böyük Zəfərin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin sədri olduğu partiyanın bir nümayəndəsi kimi siyasi fəallıqla fərqlənərək bir addım önə çıxmaq olduqca qürürvericidir.
Aksiyanın sonunda YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov gənclə səmimi söhbət etmiş, onun təhsili, gələcək planları ilə maraqlanmış və bir daha Yeni Azərbaycan Partiyasının sıralarına dəvət etmişdir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

