/ / YAP Səbail rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
YAP Səbail rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
25.02.2022 [22:45]
Nardar BAYRAMLI
Fevralın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Onun sözlərinə görə, Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutur: “Hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri yüksək səviyyədə keçirilir. Faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Dövlətimiz tərəfindən bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev isə çıxışında bildirib ki, Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 ????? əsir və girov götürülərək işgəncələrə məruz qalıb. “Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Bu faktlar bir daha təsdiqləyir ki, ermənilər bütün beynəlxalq konvensiyaları, bəşəri dəyərləri tapdalayaraq, Xocalıda insanlıq əleyhinə cinayət törədiblər. Onun sözlərinə görə, Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Holokost, Ruanda, Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır”.
E.Mirzəyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib: “Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Xocalı soyqırımının dünyada tanıdılması istiq?mətində sistemli tədbirlər həyata keçirir. Məhz görülən işlərin nəticəsidir ki, dünyanın bir sıra ölkələrinin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımı ilə bağlı müvafiq sənədlər qəbul edib.
Tədbirdə, həmçinin Xocalı sakini Zəminə Abdullayeva və ADPU-nun Tələbə Elmi Cəmiyyətinin sədr müavini Anar Salehoğlu çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən danışıb, işğaldan azad olunmuş torpaqlarımızda geniş miqyasda bərpa və quruculuq tədbirlərinin həyata keçirildiyini bildiriblər.
Tədbirin sonunda isə Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

