Müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad olunub
26.04.2022 [11:13]
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər.
Döyüşlərin ilk günündə bir sıra kəndləri və strateji körpüləri geri aldıqdan sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də İranla sərhəddə yerləşən əraziləri tamamilə işğaldan azad etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin artilleriya, minaatan və idarə olunan raketlərlə Ermənistan ordusuna endirdiyi zərbələr nəticəsində düşmən ordusunda kütləvi fərarilik halları və ruh düşkünlüyü yarandı. Hərbi əməliyyatların sonrakı gedişatında 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad olundu. Ümumiyyətlə, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüş əməliyyatları zamanı 300-dən çox şəhər və kəndi döyüş meydanında azad olunub. Yüzlərlə şəhər və kənd isə artıq sonradan sülh prosesi nəticəsində azad edildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın möhtəşəm Qələbəsi nəticəsində Ermənistan sonda məğlubiyyəti qəbul etməli oldu və işğal etdiyi ərazilərdən geri çəkildi. 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktına bərabər bəyanatı imzaladı və bununla da Azərbaycan böyük Qələbə qazanaraq Ermənistanın 30 illik işğalına son qoydu. Həmçinin atəşkəs razılaşmasına uyğun olaraq, Ermənistan silahlı qüvvələri Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz tərk etməli oldu.
Rusiyanın vasitəçiliyi ilə imzalanmış Bəyanat Qarabağ bölgəsinin tarixi, ikinci ən böyük şəhəri olan Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsindən az sonraya təsadüf etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın məğlubiyyətlə barışmaqdan başqa çıxış yolu yox idi. Beləliklə, Ermənistan hökuməti ağır məğlubiyyətini etiraf etdi və münaqişəyə rəsmən son qoyuldu.
Ümumiyyətlə, sentyabrın 27-dən dekabrın 1-nə qədər olan müddət ərzində yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər.
Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı.
Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaqdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

