Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır
23.05.2022 [10:42]
Müstəqilliyimizin ilk illərində ölkəmizin elektrik enerjisi ilə təchizatı gözlənilən səviyyədən çox uzaq idi. İqtisadiyyatın və əhalinin enerjiyə olan tələbatının ödənilməsində ciddi çətinliklər yaşanırdı. Bu da respublikada istehsal güclərinin az olması, infrastrukturun köhnəlməsi, xətlərin nasazlığı, böyük itkilərə yol verilməsi və bu kimi digər amillərlə bağlı idi. Bildiyimiz kimi, son 18 ildən artıq müddətdə reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikanın elektrik enerjisi təsərrüfatında əsaslı dönüş yarandığını söyləmək mümkündür. Bəhs olunan dövrdə ölkə ərazisində böyük həcmdə dövlət investisiya qoyuluşu hesabına 40-a yaxın elektrik stansiyası tikilib. Yeni generasiya güclərin yaradılması, eləcə də təsərrüfatın digər sahələrində əsaslı yenidənqurma işlərinin həyata keçirilməsi respublikamızda elektrik enerjisi istehsalının artması ilə nəticələnib. Bu gün ölkəmizdə iqtisadiyyatın və əhalinin elektrik enerjisinə olan tələbatı sırf daxili istehsal hesabına qarşılanır. Bu müddətdə elektrik enerjisi təsərrüfatının yenilənməsi, bu sahədə istehsalın artırılması Azərbaycanın gündəliyində dayanan əsas məsələlərdən biri olub ki, bu da təsadüfi deyildir. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, elektrik enerjisi olmadan iqtisadiyyatın inkişafını təsəvvür etmək belə mümkün deyil. Digər tərəfdən, ölkədə elektrik enerjisi istehsalının artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından da müstəsna əhəmiyyət daşıyır.
Ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas hədəfimizdir. Təbii ki, ənənəvi olaraq enerji sektoru bizim iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Əlbəttə ki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas prioritetdir. Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə xüsusi toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir. Müasir dövlət kimi inkişaf edən Azərbaycan yeni çağırışlara uyğun olaraq bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasına da böyük diqqət göstərir.
Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artması ölkəmiz üçün bu sektordan da ixrac imkanları yaradıb. 2021-ci ildə respublikamızdan ixraca 1,6 milyard kilovat/saatı elektrik enerjisi yönəldilib. Bərpaolunan mənbələr hesabına ixrac həcmlərini artırmaq mümkün olacaq. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında hazırda Azərbaycanın gündəliyində bərpa olunan enerji ixracının da yer aldığına diqqət çəkərək bildirib ki, bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir. “Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansımızda ən azı 30 faiz olması planlarımızı nəzərə alaraq, hesab edirəm ki, həmin planlara dəyişiklik edilə bilər. Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik. Bu baxımdan, biz düzgün yoldayıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

