/ / Azərbaycan–Qazaxıstan etibarlı tərəfdaşlığı çoxəsrlik dostluq əlaqələrinə və konstruktiv siyasi dialoqla əsaslanır
Azərbaycan–Qazaxıstan etibarlı tərəfdaşlığı çoxəsrlik dostluq əlaqələrinə və konstruktiv siyasi dialoqla əsaslanır
30.08.2022 [12:22]
Dərin köklərə, dostluq və qardaşlıq əlaqələrinə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir, hər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə yaradılan səmərəli dialoq qarşılıqlı münasibətlərin bu gününü və gələcək inkişafını şərtləndirir. Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir infrastrukturun və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən bərpa-yenidənqurma layihələrində iştirak etməkdə maraqlı olması da bunun bariz ifadəsidir. Əhəmiyyətli beynəlxalq layihələrin təşəbbüskarları və fəal iştirakçıları olan Azərbaycan və Qazaxıstanın dövlət başçıları İlham Əliyevin və Qasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir, birgə layihələr fəal şəkildə həyata keçirilir.
Dövlətimizin başçısı İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə keçirilən geniş tərkibdə görüşdə çıxış edərək, aparılan danışıqlarda ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb və bu səfərin münasibətlərin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeninə layiq görülməsinin isə xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi kimi diqqət çəkdiyini, Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət olduğunu bildirib.
Bu gün ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq münasibətlərində nəqliyyat-logistika infrastrukturunun inkişafı xüsusi yer tutur. Prezident İlham Əliyev bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görüldüyünü önə çəkərək, ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsini, müvafiq orqanların artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirdiyini bildirmiş, Orta Dəhlizin çox böyük perspektivə malik olduğunu və bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu olduğunu diqqətə çatdırmışdır.
Yeri gəlmişkən, hazırda dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycanın yeri və rolu, xüsusən də respublikamız üzərindən Trans-Xəzər Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə tranzit yüklərə olan maraq ölkəmizin əhəmiyyətini daha da artırır. Tranzit dəhlizində ən başlıca infrastruktur layihələrdən biri olan Bakı–Tbilisi–Qars dəmir yolu ilə daşınmalar xüsusi önəm kəsb edir. Elə buna görə də hazırda Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bakı–Tbilisi–Qars dəmir yolu da daxil olmaqla, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönələn əməkdaşlıqda mühüm uğurlar əldə olunur. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Bu gün marşrut Çin–Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur. Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycanın Qazaxıstanla iqtisadi-ticari münasibətlərin inkişafına daha böyük təkan verəcək əmtəə dövriyyəsinin artırılması üçün böyük ehtiyatlar var. Gələcək iqtisadi-ticari əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsinin aparılması, qarşılıqlı tədarüklərin artırılmaşının zəruriliyini önə çəkir və investisiya sahəsində də böyük perspektivlərin olduğunu göstərir. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib”. Bu, təsadüfi deyil. Çünki əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verir. Xatırladaq ki, son illərdə əməkdaşlığın yeni səviyyəyə çatdırılmasının nəticəsidir ki, ticarətin həcmi praktiki olaraq 3 dəfə yüksəlib. Cari ilin ilk dörd ayında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib. Bununla belə, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır. Lakin bu, arxayınlaşmağa əsas vermir, çünki ticarəti artırmaq üçün daha geniş imkanlar var.
Prezident İlham Əliyevin və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə imzalanan sənədlər, “2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”, eləcə də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, həmçinin mədəniyyət, ticarət-iqtisadi əməkdaşlıq, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrin inkişafl ilə bağlı sənədlər hər iki ölkənin münasibətlərinin daha geniş hüquqi bazasını yaradır.
Həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannamə xüsusi yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Yəni Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlar olmaqla bərabər, həm də müttəfiqlərdir. Şübhəsiz ki, bu, hər iki dövlət üzərinə xüsusi məsuliyyət qoyur. Ümumiyyətlə, Bəyannamə qardaş ölkələr arasında əməkdaşlığın bir çox istiqamətlərini ehtiva edir və gələcək birgə fəaliyyəti üçün ciddi baza rolunu şərtləndirir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

