Ulu Öndər Heydər Əliyev - sabitliyin və tərəqqinin təminatçısı
31.08.2022 [11:35]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının sədri seçilməsindən 31 il keçir. Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindən danışmaq lazımdır. Möhtərəm Heydər Əliyev cənabları belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Çünki Azərbaycanın 50 ilə yaxın bir dövrünü əhatə edən tarixi, inkişafı və tərəqqisi möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır. Amma Ulu Öndərin Naxçıvan dövrü xüsusi olaraq qeyd edilməlidir. Çünki çox çətin bir dövrdə Naxçıvanın erməni təcavüzündən xilas edilməsi və bu bölgənin qorunub saxlanılması məhz Heydər Əliyevin sayəsində mümkün olub. Ümummilli Liderin bütün həyatını göz önünə gətirsək, keçdiyi mənalı ömür yolunu nəzərdən keçirsək, böyük ömrün yalnız bir məqsədə - Azərbaycana xidmət etdiyinin şahidi olarıq. Ulu Öndərin Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışmış, mübarizə aparmış və qalib gəlmişdir. Ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran Heydər Əliyev və xalq amili bir daha fəal siyasi müstəvidə birləşdi. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası tələbkar və olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan möhtərəm Heydər Əliyevin dediyi kimi, “taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Azərbaycanın əsas əraziləri ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən sonra iqtisadi və siyasi böhran içində boğulan, adamların son ümidi olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvan, düşdüyü vəziyyətə SSRİ-nin tərkibindən çıxması barədə qərarı ilə etirazını bildirəndən sonra o vaxtkı hakimiyyətin qəzəbinə düçar oldu. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Üçrəngli bayrağımız ilk dəfə olaraq milli liderin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanılması şərti ilə bu bölgədən çıxarıldılar. Onların bazasında Naxçıvanda ilk milli ordu hissələri yaradıldı. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, Dünya azərbaycanlılarının Birlik və Həmrəylik gününün təsis edilməsi qərara alındı. Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model də formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında İstilik Elektrik Stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi. 1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Ümummilli Liderin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əhalidə əmin-amanlıq yaranmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nümunəsi idi. Möhtərəm Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlanmasının mühüm əlamətlərindən biri də lider ətrafında birliyin mühüm forması olan Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Xalqın öz təşəbbüsü ilə meydana çıxan bu təşkilat o dövrün siyasi hərəkatında xüsusi gücə malik idi. Ulu Öndərin Naxçıvan dövrü bir daha təsdiq edir ki, xalqın gücü Heydər Əliyevdə olduğu kimi, Heydər Əliyevin də gücü xalqda idi. “Xalq–Heydər Əliyev”, “Heydər Əliyev–xalq” anlayışları bir-birindən ayrılmazdır və bir-birini tamamlayır. Belə bir şəraitdə xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını böyük xilaskarın ali hakimiyyətə qayıdışında tapdı.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

