/ / Prezidentin şəhidlərimizə yüksək ehtiramı onların valideyinlərinə və ailələrinə böyük təsəlli və mənəvi dəstəkdir
Prezidentin şəhidlərimizə yüksək ehtiramı onların valideyinlərinə və ailələrinə böyük təsəlli və mənəvi dəstəkdir
29.09.2022 [15:54]
Heç bir müharibə itkisiz olmur. Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə də bizə üç minə yaxın şəhidimizin qanı-canı bahasına başa gəldi. Nəzərə almaq lazımdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəliyi ilə döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdı.
Azərbaycanda bütün şəhidlərimizin xatirəsi daim əziz tutulur. Məhz ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunur. Bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın ən bariz təzahürüdür. Bu il isə sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək bu rayonun Qaraxanbəyli kəndi yaxınlığında, Azərbaycan Ordusunun Vətən müharibəsində ilk qələbələrini qazandığı və ilk itkilərini verdiyi ərazidə Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Dövlətimizin başçısı və birinci xanım Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoymuşlar. Möhtərəm Prezidentimizin və birinci xanımın şəhidlərimizə yüksək ehtiramı Vətənimizin müdafiəsi uğrunda canını qurban verənlərin valideyinlərinə, yaxınlarına, əzizlərinə təsəlli və mənəvi dəstəkdir. Dövlətimizin başçısı daim bildirib ki, şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirənlər heç vaxt unudulmayacaq. Dövlətimiz hər zaman onların yanında olacaq və qayğısına qalacaq.
Qaraxanbəyli kəndi yaxınlığında Şəhidlərimizin şərəfinə ucaldılmış abidənin önündə çıxış edən cənab Prezident İlham Əliyev bildirmişdir ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və biz bu tarixi öz qanları ilə yazmış şəhidlərimizlə fəxr edirik. Məhz bu qan bahasına biz doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. Ulu Öndər Heydər Əliyev demişdir: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam.” Bu gün isə hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda da hər il dərin ehtiramla yad edilir. Bütün bunlar şəhidlərimizə dərin minnətdarlıq, hörmət, sevgi və ehtiramın nümunəsidir. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Azərbaycan ədaləti və beynəlxalq hüqququ bərpa etdi, tarixi Qələbə qazandı. Biz bu Zəfərin nəyin bahasına qazanıldığını heç zaman unutmamalıyıq!
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

