YAP ölkəmizin ən böyuk siyasi qüvvəsidir
28.12.2011 [16:42]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Daha sonra konfrans rayon təşkilatının qərargahında işini davam etdirib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib. V.Seyidov bildirib ki, YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Onun sözlərinə görə, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlar qazanıb.
V.Seyidovun sözlərinə görə, YAP Suraxanı rayon təşkilatı öz ətrafında 103 ərazi ilk partiya təşkilatını birləşdirir: “Partiya üzvlərimizin sayı isə 7042 nəfərdir. ötən konfransdan sonra 1927 nəfər partiya sıralarımıza qəbul edilib, onlardan 923 nəfəri qadın, 995 nəfəri isə gənclərdir. İstər Qadınlar Şurası, istərsə də Gənclər Birliyi öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurur, qarşıda duran vəzifələri və tapşırıqları vaxtında layiqincə yerinə yetirirlər. Hesabat dövründə YAP Suraxanı rayon təşkilatının İdarə Heyətinin 57, Şuranın isə 18 yığıncağı keçirilib, həmin yığıncaqlarda həlli vacib olan məsələlər müzakirə olunub”. Təşkilat sədri bu dövrdə həyata keçirilən tədbirlər haqqında da ətraflı məlumat verib.
Tədbirdə daha sonra rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədri Kəmalə Qurbanova çıxış edib. O Nəzarət-Təftiş qrupunun hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məlumat verib.
Konfrans nümayəndələrindən Fərqanə Mehdiyeva və Məşhur Mirzəyev çıxış edərək hesabat dövründə YAP Suraxanı rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Rayon təşkilatının 7000-ci üzvü Təhminə İsmayılova isə çıxışında öz fəaliyyətində partiya ideyalarına sadiq olacağını qeyd edib.
Tədbirdə təhsil naziri, YAP İdarə Heyətinin üzvü Misir Mərdanov çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 19 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Onun sözlərinə görə, YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir. M.Mərdanov qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. YAP İdarə Heyətinin üzvü müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, o cümlədən, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb.
Nazir təhsil sahəsində də əhəmiyyətli addımlar atıldığını deyib. Onun sözlərinə görə, ölkəmizdə uğurlu təhsil islahatları həyata keçirilir və yaxın illərdə xalqımız bu islahatların müsbət nəticələrini görəcək. M.Mərdanov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək partiya üzvlərinin sayının 560 min nəfərə yaxın olduğunu qeyd edib. O bildirib ki, qazanılan uğurlar bizi arxayınlaşdırmamalı, hər zaman nailiyyətləri artırmaq istiqamətində səylər gücləndirilməlidir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abasov çıxışında partiyanın yaranma tarixindən danışıb və xalq qarşısında xidmətlərindən ətraflı bəhs edib: “ölkəmizin tarixinin ən ağır günlərində Yeni Azərbaycan Partiyası Heydər Əliyevin şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın dövlətçiliyinin qorunması, ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilib”. Partiyanın Suraxanı rayon təşkilatının fəaliyyətinə gəlincə İ.Abasov təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatında, quruculuq işlərində fəal iştirak etdiklərini bildirib. O, Suraxanıda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da məlumat verib.
Daha sonra konfransın qərar layihəsi qəbul edilib və rayon təşkilatının fəaliyyəti qənaətbəxş hesab olunub.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. Vüqar Seyidov yenidən YAP Suraxanı rayon təşkilatının sədri seçilib. Həmçinin, rayon təşkilatının yeni tərkibdə şura və idarə heyəti də müəyyənləşdirilib.
Tədbirdə partiya fəallarına fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25

