Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
08.10.2024 [18:15]
Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Anton Aleksandroviç Anoykin, Dağıstan Federal Araşdırma Mərkəzinin Geologiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru İdris Abdulbutayeviç İdrisov, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli Paleolit dövrü abidələrinin aşkar olunması və tədqiqi məqsədilə Naxçıvana gəliblər.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qonaqlar bölmənin sədri, akademik İsmayıl Hacıyevlə görüşüblər. Görüş zamanı Qazma mağarası və ətraf ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan arxeoloji kəşfiyyat araşdırmaları barədə fikir mübadiləsi aparılıb. Ekspedisiya üzvləri Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsində saxlanılan arxeoloji materiallarla tanış olublar.
Sonra qonaqlar Arxeologiya və Etnoqrafiya Muzeyində arxeoloji tapıntılar barədə məlumat alıblar.
Paleolit dövrü üzrə mütəxəssis Azad Zeynalov görüşdən sonra üzvü olduğu beynəlxalq ekspedisiyanın ümumi fəaliyyəti barədə açıqlama verib.
Alim bildirib ki, Azərbaycan və rus alimlərinin birgə iştirakı ilə Xəzərətrafı ölkələrdə Paleolit abidələrinin tədqiqi məqsədilə beynəlxalq layihə həyata keçirilir. Layihə iştirakçıları 2005-ci ildən başlayaraq Azərbaycanda araşdırma aparırlar. Müəyyən fasilədən sonra həmin tədqiqatlar yenidən davam etdirilir.
“Ekspedisiya 2021-2023-cü illərdə Qazaxıstan, Dağıstan və Azərbaycanda Qədim daş dövrü abidələrini araşdırıb. 2022-ci ildə ekspedisiya üzvlərinin Qazma mağarasından xüsusi qaydada götürdükləri çöküntü nümunələri Danimarkanın Orhus Universitetində laborator analiz olunub. Hələlik Qazma mağarası Naxçıvanda bu günədək aşkar olunmuş yeganə Paleolit abidəsidir. Abidənin qədimliyi və Naxçıvanın əlverişli coğrafi mövqeyi bölgədə həmin dövrə aid başqa abidələrin də olduğuna inam yaradır. Xüsusilə mağara tipli məkanlarda aparılan axtarışlar nəticəsində yeni abidə aşkarlanması Azərbaycan, eləcə də dünya arxeologiya elmi üçün mühüm irəliləyiş olar”, - deyə Azad Zeynalov əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

