Qazaxıstan Xəzərin səviyyəsinin azalması problemini həll etmək üçün mütəxəssislər hazırlayır
29.01.2025 [18:13]
Qazaxıstanda Xəzər dənizində suyun səviyyəsinin artıb-azalmasını (dəyişməsini) tədqiq edəcək mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılır.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, ölkənin Su Ehtiyatları və İrriqasiya Nazirliyinin məlumatına görə, Xəzər dənizində suyun səviyyəsinin azalması davam etdiyi üçün bu nadir su hövzəsinin vəziyyəti bütün sahilyanı ölkələr tərəfindən diqqətlə izlənir.
Xəzərin vəziyyəti və suyun həcmi məsələləri daim sahilyanı dövlətlərin diqqət mərkəzindədir. Problemlər Xəzər dənizinin mühafizəsi haqqında Tehran Konvensiyası çərçivəsində keçirilən sammit və iclaslarda müzakirə olunur. Tehran Konvensiyasının tərəfləri Qazaxıstan Respublikası, Azərbaycan Respublikası, İran İslam Respublikası, Rusiya Federasiyası və Türkmənistandır.
“2024-cü il noyabrın 18-də Bakıda Azərbaycanın sədrliyi ilə COP29 sammiti çərçivəsində (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – red. ) “İqlim dəyişikliyi şəraitində Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda tədbir keçirilib. Tədbirdə dənizin səviyyəsinin azalması probleminin təcili həlli üzrə təkliflər hazırlanıb, həmçinin ekoloji böhranın nəticələrinin yumşaldılması üçün fəaliyyət planı təklif olunub. BMT sistemi çərçivəsində regional əməkdaşlığın genişləndirilməsinin və tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyi müzakirə olunub ”, - deyə məlumatda bildirilir.
Azərbaycan tərəfinin Xəzər dənizinin səviyyəsinin azalması probleminin peşəkar müzakirəsinin keçirilməsi təklifinə xüsusi diqqət ayrılıb.
“Problemin daha dərindən öyrənilməsi üçün Xəzərin səviyyəsinin dəyişməsini tədqiq edəcək və beştərəfli formatda çalışacaq mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması təklif olunub. Hazırda Qazaxıstanın iştirakı ilə işçi qrupunun tərkibi formalaşdırılır. Bu məsələlər, həmçinin milli səviyyədə, Qazaxıstanın Xəzər dənizi Elmi-Tədqiqat İnstitutu vasitəsilə mütəxəssislər cəlb edilməklə müzakirə olunacaq”, - deyə nazir əlavə edib.
Ekspertlər hesab edirlər ki, Xəzərin səviyyəsi 2006-cı ildən bəri təxminən 2 metr azalıb. Bəzi fikirlərə görə, Volqa və Ural çaylarının yuxarı axınlarında tikilmiş su anbarları buna təsir göstərib. Buna görə problemin müzakirəsi və həlli beş sahilyanı ölkənin alimlərinin iştirakı ilə birgə aparılmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

