“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur
10.03.2025 [15:36]
Beynəlxalq Qadınlar Günü ərəfəsində start götürən “Her Art in Action” festivalına dəstək olan “Nar” yaradıcılığı və ifadə azadlığını ön plana çəkən bu layihənin əsas tərəfdaşlarından biridir. 9 mart – 6 aprel tarixlərini əhatə edən festivalın builki mövzusu “Xəyal etmək azadlığı” qadınların fərdi və kollektiv şəkildə xəyallarını necə təsəvvür etdiyini, vizuallaşdırdığını və ifadə etdiyini araşdırır. Azərbaycan Rəssamlar İttifaqı və “VarYox” platformasının təşkilatçılığı ilə baş tutan festival sənətsevərləri bir araya gətirir və yaradıcı ifadəni təşviq edir.
Festivalın təşkilinə verdiyi dəstəkdən əlavə, “Nar” sosial inklüzivlik strategiyası çərçivəsində 11 nömrəli internat məktəbinin şagirdlərinin sərgiyə qatılmasını təmin edir. Bu təşəbbüs gənc nəslin incəsənətlə tanış olmasına, yaradıcılıq potensialını inkişaf etdirməsinə və ifadə imkanlarını genişləndirməsinə şərait yaradır. Şagirdlər sərgi çərçivəsində müxtəlif sənət əsərləri ilə tanış olmaq və interaktiv seminarlarda, tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
Tədbirin açılış nitqində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar” olaraq, milli-mənəvi dəyərləri yaşadan sənətə dəstək verməkdən qürur duyuruq. “Her Art in Action” festivalı təkcə qadınların incəsənətdə rolunu gücləndirmir, həm də regionlardakı istedadlı sənətkarların səsini duyurmağa imkan yaradır. Biz, həmçinin 11 nömrəli internat məktəbinin gənclərinin festivalda iştirakını dəstəkləyərək inklüziv mühiti təşviq edirik”.
Festivalın sərgisi Lesli Qrey və Ayna Moazzenin kuratorluğu ilə baş tutan və regionlarımızı təmsil edən yerli rəssamlarla yanaşı, beynəlxalq rəssam və kuratorların işlərini təqdim edəcək. Rəsm, videoəsərlər, instalyasiyalar və tamaşaları əhatə edən ekspozisiya çərçivəsində seminarlar, portfolio icmalları və müzakirələr təşkil olunacaq.
Tədbir bütün sənətsevərlər üçün açıqdır. Festival haqqında daha ətraflı məlumatı qeyd edilən linkdən əldə etmək mümkündür: https://herartinaction.com
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

