Naxçıvanda Dövlət qurumlarının İT rəhbərlərinin VII Zirvə toplantısı keçirilib - YENİLƏNİB
23.12.2025 [13:28]
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində koordinasiyanın gücləndirilməsi, aktual risklərin və strateji yanaşmaların müzakirəsi məqsədilə Dövlət qurumlarının İT rəhbərlərinin VII Zirvə toplantısı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zirvə toplantısı Naxçıvan Muxtar Respublikasında təşkil olunub. Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və informasiya təhlükəsizliyi üzrə məsul şəxslər iştirak ediblər.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Toplantıda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov informasiya təhlükəsizliyinin dövlət idarəçiliyində artan rolunu vurğulayaraq qeyd edib ki, rəqəmsal mühitdə dövlət informasiya ehtiyatlarının qorunması milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. O, bu sahədə sistemli yanaşmanın və institusional əməkdaşlığın əhəmiyyətini iştirakçılarının diqqətinə çatdırıb.
Zirvə toplantısında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev bildirib ki, kibertəhdidlərin dinamik inkişafı informasiya təhlükəsizliyinə yanaşmada yeni metod və mexanizmlərin tətbiqini zəruri edir. Xidmət rəisi qeyd edib ki, dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas hədəf qabaqlayıcı müdafiə prinsiplərinə əsaslanan, dayanıqlı və koordinasiyalı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. İlqar Musayev bu sahədə vahid siyasətin, peşəkar kadr potensialının və müasir texnoloji həllərin əhəmiyyətini xüsusi vurğulayıb. Həmçinin Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə ətrfalı statistik məlumatlar verib.
Sonra Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış edərək, muxtar respublikada rəqəmsal transformasiya prosesləri ilə paralel olaraq informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə danışıb. O, dövlət qurumlarının informasiya sistemlərinin təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasının davamlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu qeyd edib.
Tədbirin davamında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov “Dövlət qurumlarında informasiya təhlükəsizliyinin mövcud vəziyyəti ilə bağlı statistik göstəricilər, Naxçıvan Muxtar Respublikasında görülmüş işlər, yeniliklər və planlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dövlət informasiya resurslarının qorunması sahəsində cari vəziyyət, aşkar olunan əsas risklər, onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də Naxçıvan Muxtar Respublikasında informasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi üzrə atılmış addımlar diqqətə çatdırılıb. Eyni zamanda, qarşıdakı dövr üçün prioritet istiqamətlər təqdim olunub.
Sonra informasiya təhlükəsizliyi sahəsində mövcud çağırışlar, yeni texnoloji meyillər və dövlət qurumlarının qarşılaşdığı problemlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu formatda keçirilən Zirvə toplantıları dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, vahid yanaşmaların formalaşdırılmasına və informasiya təhlükəsizliyi sahəsində dayanıqlı sistemin qurulmasına mühüm töhfə verir.
10:27
Naxçıvan şəhərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər.
Zirvə toplantısında rəsmi çıxışlar olacaq, xüsusi rabitə, dövlət şəbəkəsinə qoşulmalar, proqram təminatlarının lisenziyalaşdırılması, antiviruslar, kiberinsident nümunəsində ölkəmizdəki hədəflər, effektiv mübarizə yolları, yeni meyillər, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər, təkliflər, onlayn sorğu və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

