“İlhamlı gənclər – multikultural Azərbaycan nəsli” mövzusunda forum keçirilib
26.12.2025 [17:40]
Dekabrın 25-də Dövlət İdarəçilik Akademiyasında “İlhamlı gənclər – multikultural Azərbaycan nəsli” mövzusunda forum keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr olunmuş tədbirdə deputatlar, universitet rektorları, xarici ölkə səfirləri, dini icmaların təmsilçiləri, alim və tədqiqatçılar, eləcə də gənclər təşkilatlarının üzvləri, tələbələr iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət himni səsləndirilib, Prezident İlham Əliyevin multikultural dəyərlərin qorunması və təşviqi istiqamətində fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Xəzər Beynəlxalq Fondunun rəhbəri Adəm İsmayıl Bakuvi çıxışlarında Azərbaycanda mövcud birgəyaşayış modelinin bu gün beynəlxalq arenada sülh və qarşılıqlı hörmət nümunəsi kimi təqdim olunduğunu, multikulturalizmin yalnız dövlət siyasəti deyil, cəmiyyətin daxili mədəni davranışı olduğunu, qlobal çağırışlar fonunda gənclərin bu dəyərləri qorumasının Azərbaycanın gələcək sabitliyinin əsas şərt olduğunu bildiriblər. Qeyd olunub ki, multikultural düşüncə innovativ liderliyin əsas komponentidir. Gənclərin həm milli kimliyə bağlı, həm də qlobal düşüncəli olması dövlət idarəçiliyinin keyfiyyətini artıracaq.
Forum panel sessiyalarla işini davam etdirib. Azərbaycanda tətbiq edilən multikulturalizm siyasətinin Azərbaycan dövlətçiliyində xidmət etdiyi strateji məqsədlər, multikultural dəyərlərin tələbələr üçün praktik müstəvidə tətbiqi, gənclərin multikultural mühiti qorumaq üçün atmalı olduğu addımlar, eləcə də dövlətin gənclər siyasətinin bu istiqamətdə necə gücləndirilməli olduğu məsələlər müzakirə edilib.
Gənclər arasında milli kimlik və multikulturalizm münasibətləri, innovativ liderlik anlayışı, Azərbaycan birgəyaşayış modelinin xüsusiyyətləri, cəmiyyətdə sosial etimadın və qarşılıqlı hörmətin möhkəmləndirilməsi üçün gənclər tərəfindən atılması vacib olan addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər sessiyalarda regiondakı geosiyasi gərginliklər və sosial mediada nifrət dili fonunda birgəyaşayış mədəniyyətinin üzləşdiyi risklər, bu risklərə qarşı effektiv cavab mexanizmləri, gənclərin milli dəyərləri qoruyaraq açıq və multikultural düşüncəli qalmasının yolları müzakirə edilib. Həmçinin, dövlətin tarixi icmaların dini-mədəni irsinin qorunmasına verdiyi dəstəyin mexanizmləri və mövcud ehtiyaclar diqqət mərkəzində saxlanılıb.
Sonda tədbirdə iştirak edən tələbələrin təşəbbüsü ilə “Multikultural Gənclər Klubu” təsis olunub. Klubun məqsədi gənclər arasında multikultural dəyərlərin təşviqi, tolerantlıq mədəniyyətinin möhkəmləndirilməsi, elmi-diskussiya platformalarının yaradılması və dövlətin multikulturalizm siyasətinə gənclərin fəal töhfəsinin təmin edilməsidir.
Həmçinin klub üzvləri tərəfindən hazırlanmış “Gənclərin Multikultural Bəyannaməsi” səsləndirilib. Bəyannamədə multikulturalizmin Azərbaycan cəmiyyətinin tarixi yaddaşı, milli kimliyi və dövlətçilik fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olduğu qeyd olunub, gənclərin bu dəyərlərə sadiq qalacaqları xüsusi vurğulanıb.
Qeyd edək ki, forum çərçivəsində foyedə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşrləri, foto materialları və multikultural modeli əks etdirən vizual stendlərdən ibarət sərgi də təşkil olunub.
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37

