Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyevin Şuşa Forumundakı mesajları Azərbaycanın gələcəyinə inamı daha da möhkəmləndirir

Prezident İlham Əliyevin Şuşa Forumundakı mesajları Azərbaycanın gələcəyinə inamı daha da möhkəmləndirir

15.07.2026 [17:59]

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bugünkü reallıqlarını və gələcək inkişaf istiqamətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Artıq ənənə halını alan bu forumun hər il daha çox ölkəni və nüfuzlu media qurumlarını bir araya gətirməsi Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun göstəricisidir.

Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri oldu. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə Azərbaycanın deyil, regionun ən böyük inkişaf layihələrinin həyata keçirildiyi əraziyə çevrilib. Müasir şəhərlər salınır, kəndlər yenidən qurulur, yollar, hava limanları və digər infrastruktur layihələri yüksək sürətlə icra edilir.

Forum zamanı müxtəlif ölkələrin nümayəndələrinin səsləndirdiyi fikirlər də göstərdi ki, beynəlxalq ictimaiyyət Azərbaycanın əldə etdiyi nailiyyətləri yaxından izləyir. Prezident İlham Əliyevin ölkəmizin inkişaf strategiyası, regional əməkdaşlıq və sülh təşəbbüsləri ilə bağlı səsləndirdiyi fikirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Şuşadan verilən bu mühüm mesajlar Azərbaycanın güclü dövlət siyasətinin, xalq-iqtidar birliyinin və ölkəmizin beynəlxalq nüfuzunun növbəti təsdiqidir.

Şahin Əliyev

Siyəzən RİH-nin Məşrif kənd üzrə nümayəndəliyinin baş məsləhətçisi

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31