Azərbaycan öz öhdəliklərinə sadiqdir
16.07.2022 [22:43]
Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun bünövrəsində iqtisadiyyatın güclənməsi dayanır
Günel ABBAS
"Azərbaycan Respubilkasının Prezidenti cənab İlaham Əliyevin, 2022-ci ilin 6 ayının son nəticələrinə həsr olunmuş müşavirədəki çıxışı ölkədə və beynəlxalq aləmdə baş verən hadisələri qiymətləndirmək baxımından çox əhəmiyyətlidir".
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, ölkə başçısının öz çıxışında Azərbaycanın beynəlxalq
aləmdə qazandığı nüfuza diqqəti cəlb etməsi təsadüfi deyil: "Çünki bu gün Azərbaycan beynəlxalq aləmdə tanınan, seçilən, öz sözü və yeri olan bir ölkə kimi tanınır. Bu nüfuz gündən-günə artmaqdadır. Ona görə də, Azərbaycan Prezidenti beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük əhəmiyyət verir, bu da Azərbaycanın tanıdılması, şöhrətləndirilməsi və onun haqlı mövqeyinin dəstəklənməsi üçün çox vacibdir".
T.Rzayev bildirib ki, son illərdə Azərbaycanın Qoşulmama hərəkatına sədrlik etdiyi dövrdə bu hərəkatın rolu xeyli yüksəlib və bir çox təşəbbüsləri ilə yadda qalıb: "İstər pandemiya dövründə Qoşulmama hərəkatının həyata keçirdiyi tədbirlər, istər bu günlərdə Qoşulmama hərəkatının Bakıda keçirilən bir sıra tədbirlər dünya ictimaiyyəti tərəfindən dəyərləndirilir və geniş şəkildə işıqlandırılır. Cənab prezident bildirmişdi ki, biz Qoşulmama hərəkatının tərkibində 120 ölkə arasında yüksək nüfuza sahibik və bundan sonra da bu nüfuzun artırılması üçün tədbirlər həyata keçirilməkdədir.
Digər tərəfdən ölkə rəhbəri Avropa İttifaqı ilə münasibətləri də önə çəkmiş və göstərmişdir ki, son illərdə, eləcə də müharibə dövründə Aİ Azərbaycanın haqlı mövqeyini müəyyən sahələrdə dəstəkləmiş və bu gün də həmin dəstək davam etməkdədir. Xüsusilə ölkə rəhbəri Aİ-nin Azərbaycanla Ermənistan arasında münasibətlərindəki roluna dəyər verir.
Bununla münasibətlərin yaxşılaşdırılması, sülh müqaviləsinin bağlanması sahəsində Aİ-nin təhlilərinin çox dəyərli olduğunu, sülhün bərqərar edilməsi üçün böyük
önəm daşıdığını göstərmişdir. Ölkə rəhbəri qonşu dövlətlərlə, xüsusi ilə Rusiya, İran, Gürcüstanla münasibətlərin yaxşılaşdırılmasını məqbul hesab edir və bildirir ki, biz mütləq qonşu ölkələrlə sülh, əminamanlıq şəraitində yaşamalı, bu münasibətləri inkişaf etdirməliyik".
Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun bünövrəsində Azərbaycan
iqtisadiyyatının surətlə inkişaf etdirilməsi, Azərbaycanın qüdrətlənməsi, demokratik, sivil dövlət kimi tanınması önəmli yer tutur: "Azərbaycan iqtisadiyyatı nə qədər inkişaf edərsə, dövlətimiz də o qədər güclənər. Bu güc 44 günlük müharibə dövründə də özünü açıq-aydın göstərdi. Azərbaycan iqtisadiyyatı möhkəm, davamlı, güclü olmasaydı, sözsüz ki, biz nə müharibə dövrünə, nə də pandemiyaya tab gətirə bilərdik. 6 ayın yekunları bir daha göstərdi ki, Azərbaycan iqtisadiyyatı durmadan inkişafdadır və bu inkişafı təmin edən Azərbaycan Respublikasının, prezidentinin yürütdüyü düzgün iqtisadi siyasətdir. 6 ay ərzində iqtisadiyatımız 6,2%, qeyri-neft iqtisadiyyatı 9,6%, qeyri-neft sənaye istehsalı 11,5% artıb. Bu dövrdə əhalinin gəlirlərinin 20% artması bizim iqtisadiyyatımızın inkişafının mühüm göstəricilərindəndir".
O, Prezidentin öz çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı mərhələsinə hərtərəfli nəzər salmasını da vurğulayıb: "Ölkə başçısı bildirib ki, müharibədən 1 il 8 ay keçsə də, Ermənistan məcburən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu öhdəliklər sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqiləşdirilməsi, silahlı quruplaşmaların Qarabağ ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılmasıdır. Bu və digər bir çox vacib məsələlərin yerinə yetirilməsini Ermənistan ləngidir. Azərbaycan prezidenti qətiyyətlə bildirib ki, biz öz öhdəliklərimizə sadiqlik nümayiş etdiririk, bu səbəbdən üçtərəfli bəyanatın şərtləri mütləq şəkildə icra olunmalıdır. Bunu nəinki Azərbaycan, eləcə də bir çox təşkilatlar tələb edirlər".
"Azərbaycan Respubilkasının Prezidentinin bu çıxışı hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurur. Çünki bu çıxışda istər ölkədə baş verən, istərsə də xarici aləmdə baş verən dəyişikliklər öz əksini tapmış və bu dəyişikliklərə obyektiv qiymət verilib. Azərbaycan Prezidentinin çıxışında sülhə, əminamanlığa, qarşılıqlı əməkdaşlığa, qonşuluq şəraitində yaşamağa yeni çağırışlar var. Bu onu göstərir ki, dövlətimizin rəhbəri həmişə olduğu kimi bu gün də dövlətlərin dostluq, əminamanlıq münasibətində yaşamalarına sülhün bərpa edilməsinə, dövlətlərin sərhədlərinə və suverenliyinə hörmət bəslənməsinə böyük önəm verir. Bilavasitə bu örnəklərin yerinə yetirilməsi üçün nümunə göstərir", - deputat əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

