Azərbaycanda fındıq qalıqlarından bioenerji alına bilər
22.07.2022 [15:32]
“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi (HAZER)” layihəsi çərçivəsində baş tutan fəaliyyətlər çərçivəsində fındıq dəyər zəncirində davamlı bioenerji variantlarının qiymətləndirilməsi fəaliyyətinin ilkin nəticələri təqdim olunub.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
“Bioenerji və fındıq dəyər zəncirinin qarşılıqlı əlaqəsi və potensial imkanları üzrə nəticələr” mövzusu çərçivəsində baş tutan tədbirdə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Araşdırmalar layihənin beynəlxalq və yerli ekspertlərinin iştirakı ilə həyata keçirilib.
Hesabata əsasən bildirilir ki, bioenerji istehsalı üçün səfərbər edilə biləcək fındıq qabıqları və budama qalıqlarının xeyli hissəsi hazırda məhsuldar istifadə olunmur və bu prosesin inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur. Həmçinin, hesabatda, Azərbaycanın bir neçə bölgəsində (Zaqatala, Şəki, Xaçmaz, Balakən, Qəbələ, Qax, İsmayıllı) hazırda mövcud olan və əkiləcək sahələrdən alınan fındıq məhsullarından yaranan qalıqların növbəti 5 ildə artacağı proqnozlaşdırılır. 2026-cı ildə fındıq budamasından alınan qalıqların illik 35 784 tondan 45 866 tona, yaranacaq fındıq qərzəyinin müvafiq olaraq illik 41 875 tondan 70 704 tona və fındıq qabığının 7 466 tondan 13 132 tona çatacağı proqnozlaşdırılır. Hesabatın ilkin nəticələri əsasında əldə olunan məlumatlar maraqlı tərəflərə təqdim olunub və alına biləcək bioenerjinin iqtisadi potensialı və sosial-iqtisadi faydaları daha ətraflı müzakirə olunacaq. Təhlilin yekun nəticələri bu ilin sonunda maraqlı tərəflərə təqdim olunacaq.
Layihənin sözügedən komponenti çərçivəsində “FAO-nun Bioenerji və Ərzaq Təhlükəsizliyi Metodologiyası (BEFS)” mövzusunda 2 günlük təlimlər də baş tutub. Bu yanaşma bioenerji siyasətinin hazırlanması və həyata keçirilməsi prosesinin əsas mərhələlərində ölkələrə dəstək olmaq üçün müxtəlif vasitə, alət və təlimatlardan ibarətdir. Ölkələr bioenerjinin inkişaf səviyyəsindən və bioenerji siyasətinin formalaşdırılması və icrasının vəziyyətindən asılı olaraq BEFS yanaşmasının xüsusi komponentlərindən istifadə edə bilərlər. Təlimlərdə özəl və dövlət sektorunu təmsil edən nümayəndələrin iştirakı ilə fındıq dəyər zəncirində davamlı bioenerji məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42

