Jurnalistlər "Liv Bona Dea International Hospital"da...
03.09.2022 [17:56]
"Liv Bona Dea International Hospital"ında jurnalistlər üçün mediatur təşkil olunub. Müxtəlif media quruluşlarını təmsil edən nümayəndələrin - jurnalistlərin iştirak etdikləri mediaturun əsas məqsədi Türkiyə hospitalının yeni adının nümayişi, eyni zamanda tibb sahəsində Azərbaycan-Türkiyə qardaşlığının göstəricisidir.
Təşkil olunan tur çərçivəsində jurnalistlərə
hospitalın fəaliyyəti və burada həyata keçirilən tibbi yeniliklər, əldə olunan nailiyyətlər və istifadə olunan müasir tibbi avadanlıqlar barədə məlumat verilib. Eyni zamanda, media nümayəndələri xəstəxanada bütün şöbələrlə və şöbələrin peşəkar komandalarının fəaliyyəti ilə əyani şəkildə tanış olublar.
Səfər zamanı jurnalistlərə bildirildi ki, 8209 çarpayılıq xəstəxanada - 12 əməliyyat və 2 anjio otağı, 156 stasionar xəstə çarpayısı, 28 yerlik ümumi reanimasiya bölməsi, 6 yerlik ürək-damar cərrahiyyə reanimasiya bölməsi, 7 yerlik yenidoğulmuşların reanimasiyası bölməsi və təcili yardım şöbəsində 12 çarpayı mövcuddur.
Mediatur zamanı media nümayəndələri ilk olaraq pediatriya və estetika şöbəsində olublar. Daha sonra, jurnalistlər xəstəxananın bütün digər şöbələrinin fəaliyyəti ilə əyani şəkildə tanış olublar.
Mediatur zamanı diqqətçəkən məqamlardan biri də xəstəxananın vertolyotla xəstə qəbul etmək imkanının olması məsələsi oldu. Tur çərçivəsində jurnalistlər eniş zolağı və helikopter zonası ilə də tanış olublar.
Mediatur çərçivəsində fizioterapiya şöbəsində YAŞAT fondunun dəstəyi ilə müharibə qazilərinin müalicə aldığı da iştirakçıların diqqətinə çatdırılıb. O da bildirildi ki, "Neftçi" və "Qarabağ" futbol klublarına sponsorluq edən hospitalda adıçəkilən klubların oyunçuları da tibbi xidmət dəstəyi alanlar sırasındadırlar.
Turun sonunda hospitalın konfrans zalında media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub. Konfransda hospitalın baş direktoru Taner Özbək, cərrah-transplontoloq Eldar Əhmədov və baş həkim Cabir Gülmalıyev iştirak edib. Tədbiri giriş nitqi ilə Taner Özbək açıb. Onlar jurnalistlərin suallarını cavablandırıb.
Əməliyyat olunan xəstələr media işçiləri ilə təəssüratlarını bölüşüb.
Medianın sonunda jurnalistlər üçün ziyafət süfrəsi təşkil olunub.
Əlavə məlumat üçün qeyd edək ki, “Liv Bona Dea Hospital” 2013-cü ildən Türkiyədə fəaliyyət göstərən "Liv Hospital " şəbəkəsinin ölkə xaricində olan ən önəmli investisiyalarından biridir. "Bona Dea International Hospital" və "Liv Medical Group" arasında bağlanan müqaviləyə əsasən hospital “Liv Bona Dea” brendi adıyla sağlamlıq sahəsində yüksək səviyyəli xidmət göstərir. Burada qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, qabaqcıl onkoloji əməliyyatlar, ortopedik cərrahiyyə, onurğa cərrahiyyəsi, doğuşdan etibarən hər cür rutin və genetik skrinning testləri, diaqnostika və müalicə xidmətləri mövcuddur. Həmçinin sağlamlıq risklərinin qiymətləndirilməsi üçün xüsusi check-up proqramlarından fərdiləşdirilmiş üzvlük sistemlərinə, evdə qulluq xidmətləri və onlayn müayinələrə qədər bir sıra xidmətlər təklif olunur. Hospitalımızda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mamalıq-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, otolarinqologiya, oftalmologiya, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, radiasiya diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya və mərkəzi sterilizasiya kimi sağlamlıq xidməti sahələri var.
209 çarpayılıq xəstəxanada- 12 əməliyyat və 2 anjio otağı, 156 stasionar xəstə çarpayısı, 28 yerlik ümumi reanimasiya bölməsi , 6 yerlik ürək-damar cərrahiyyə reanimasiya bölməsi, 7 yerlik yenidoğulmuşların reanimasiyası bölməsi və təcili yardım şöbəsində 12 çarpayı mövcuddur. Xəstəxanadakı tibbi avadanlıqlar ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətləri tərəfindən istehsal olunub.
Yüksək standartlara cavab verən hospital ölkəmizdə və regionda Beynəlxalq Birgə Komissiya (JCI) tərəfindən 100% nəticə ilə qiymətləndirilən ilk səhiyyə müəssisəsidir.
Hospitalın açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 27 mart 2018-ci ildə reallaşdırılıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

