Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rumıniyada 4,4 bal gücündə zəlzələ olub

Rumıniyada 4,4 bal gücündə zəlzələ olub

22.02.2023 [19:32]

Rumıniyanın cənub-qərbindəki Qorj rayonunda 4,4 bal gücündə zəlzələ olub.

Bu barədə Yer Fizikası Milli İnstitutu məlumat yayıb.

Episentri 15 kilometr dərinlikdə olan zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

İnstitut ötən həftə Qorj rayonunda qeydə alınan 5 baldan yuxarı iki zəlzələ ilə bağlı toplanmış məlumatların təhlilini dərc edib. Qurumun məlumatına görə, indiyədək 810 afterşok qeydə alınıb ki, onlardan 300-nün maqnitudası 1-1,5, 240-nın isə 1,5-2 bal olub. Fevralın 17-də isə Rumıniyada bir gündə 171 zəlzələ qeydə alınıb.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31