Azərbaycan gənclərinin himayədarı
11.05.2023 [10:30]
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. İllər keçdikcə Azərbaycanın inkişafı naminə Ulu Öndərin gördüyü işlərin miqyası, xüsusən də onun böyük uzaqgörənliklə müəyyən etdiyi gənclər siyasəti hər kəs tərəfindən daha dolğun şəkildə dərk olunur və həyata keçirilir. Bütün fəaliyyəti və həyatı tarix olan Ulu Öndər xalq və dövlət qarşısındakı misilsiz xidmətləri ilə ölkəmizi nəinki regionun əsas inkişaf mərkəzinə çevirmiş, eyni zamanda, Azərbaycanın dünya miqyasında öz layiqli yerini tutmasında xüsusi önəm daşımışdır. Ölkəmizin inkişaf strategiyasının müəllifi olan Ulu Öndər nəsillərin yaddaşında daimi qalacaq və bu siyasi xətti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində bu nailiyyətlər əbədiyyətə qədər davam edəcək.
Hakimiyyətdə olduğu bütün dövrlərdə ulu öndər Heydər Əliyev gənclərin yüksək təhsil almasına, onların ölkəmizin inkişafına səmərə verəcək gənc kadr kimi yetişmələrinə xüsusi önəm vermiş, gənclərə hər zaman özünün qayğısını və dəstəyini göstərmişdir. Məhz Heydər Əliyevin hakimiyyətinin birinci dövründə minlərlə azərbaycanlı gənc keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilib. Ali təhsil almağa göndərilmiş azərbaycanlılar bu gün respublikamızın yüksək idarəçilik strukturlarında, ali icra orqanlarında çalışmaqla Vətənə xidmət göstərirlər.
Ümummilli Liderin müəyyən etdiyi həmin strategiya bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir, hazırda azərbaycanlı gənclər həm dövlət, həm də müxtəlif fondlar hesabına bir sıra qabaqcıl dövlətlərin nüfuzlu ali məktəblərində təhsil alırlar və peşəkar mütəxəssislər kimi ölkəyə qayıdaraq respublikamızın müxtəlif sahələrinin inkişafında öz töhfələrini verirlər.
Ümummilli Liderin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Ulu Öndərin adını daşıyan Ali Hərbi Məktəbin məzunları bu gün ölkəmizin hərbi kadrlara olan ehtiyacının qarşılanmasında və ordumuzun hərbi potensialının gücləndirilməsində xüsusi xidmətləri vardır.
Ulu Öndərin ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi istiqamətində uzaqgörənliklə müəyyən etdiyi strategiyanın nəticəsidir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz uzun müddət işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsi zamanı düşməndən azad etdi və tarixi Zəfər qazandı. Bununla da doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş həmvətənlərimizin torpaq həsrətinə son qoyuldu. İnanırıq ki, gün gələcək Qərbi azərbaycanlılar da tarixi torpaqlarımıza, doğma ata-baba yurdumuza qayıtmaq imkanı əldə edəcəklər.
Onu da vurğulamaq lazımdır ki, düşmən tərəfindən öz doğma yurdlarından məcburən qaçqın düşmüş vətəndaşlarımızın yenidən həmin ərazilərdə məskunlaşmaları və normal həyatlarının təmini ilə əlaqədar təsdiq olunan Dövlət Proqramlarının icrasında, irimiqyaslı bərpa-quruculuq işlərinin görülməsində, ölkənin ictimai-siyasi və mədəni həyatında, eləcə də ekologiyanın qorunmasında bu gün gənclər yüksək fəallıq göstərirlər. Ölkədə müxtəlif devizlər altında təşkil olunan forumlar, gənclər üçün yaradılan şərait gənc nəslin inkişafı üçün böyük rol oynayır. Böyük məktəb olan ulu öndər Heydər Əliyev irsinin layiqli məzunları olmaq, qəlbində vətən, millət, üç rəngli bayraq sevgisini hər zaman daşımaq gənc nəslin nüməyəndəsi kimi hər birimizin amalıdır.
Mən isə Ulu Öndəri ilk dəfə 4 iyun 2000-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Heydər Parkı”nın təntənəli açılış mərasimində görmüşəm, həmin vaxt bir azyaşlı olaraq böyük sevinc anları yaşamışam və indi də bir Azərbaycan gənci olaraq onu daim “Heydər baba” kimi xatırlayıram. Bu, mənim həyatımın unudulmaz anlarından biridir.
Elmin Tarverdiyev,
“Yeni Azərbaycan” qəzetinin hüquqşünası
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

