Yanaşma fərqi nəzərə alınmalıdır...
20.05.2023 [11:40]
Ş.XANKİŞİYEVA
Mayın 17-də Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin binası qarşısında, sonradan isə ABŞ-ın Azərbaycandakı səfirliyinin öz ərazisinin həyətində LGBT bayrağı qaldırması bir sıra müzakirələrə yol açıb. Səfirlikdən bununla bağlı verilən şərhdə isə göstərilir ki, Beynəlxalq IDAHOBIT günündə Birləşmiş Ştatlar dünyadakı bütün LGBTQI+-a məxsus olan fərdlərin insan hüquqlarını bir daha təsdiq edir, onların verdikləri töhfələri qeyd edir, və bu fərdlərə qarşı davam edən ayrı-seçkiliyə və zorakılığa son qoymaq öhdəliyini üzərinə götürür.
Qeyd edildiyi kimi, baş verənlər istər cəmiyyətdə, istərsə də əhali arasında müzakirələrə səbəb olub. Ümumiyyətlə, bu kimi hallar bir çox cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətinə də yaddır. O baxımdan ki, milli-mənəvi detalları hər zaman üstün bəşəri dəyər kimi qəbul edən, inkişaf etdirən Azərbaycan cəmiyyətinin mühüm bir hissəsi belə halların kütləvi nümayişinə müsbət reaksiya vermir. Sadəcə olaraq, bu kimi məsələlərin bəzi məqamlarda cəmiyyətdə fərqli assosiasiya yaratmasını göz önünə almaq lazımdır. Bu baxımdan, həmin “bayraqlar”ın qaldırılması təəssüf doğurur.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Tural İsmayılov bildirib ki, hər bir xalqın özünün milli-mənəvi dəyərlər sistemi mövcuddur. Onun fikrincə, bir çox ölkələr diplomatik fəaliyyətlərini qurarkən və yaxud da ölkələrdəki konsulluq və səfirliklərinin fəaliyyətlərini tənzimləyərkən mütləq şəkildə aid olduqları ölkənin milli-mənəvi dəyərlərinə uyğun davranış sərgiləməlidirlər: “Hesab edirəm ki, Azərbaycanda cinsi azlıqların məsələsini, xüsusilə siyasiləşdirməyə cəhd edən bəlli dairələr daim olub. Zaman-zaman cinsi azlıqlar feminizm və ya başqa yad idealogiyalar vasitəsilə Azərbaycan cəmiyyətində qarışıqlıq yaratmağa çalışıbılar. Amma nəticədə, bu tip cəhdlər heç bir uğura nail olmayıb. Təssüfləndirici haldır ki, bu hadisə Azərbaycanla yaxın münasibətdə olan dövlətlərin səfirliklərinin qarşısında baş verib. Təbii ki, bu kimi məsələlər heç bir halda dövlətlərarası münasibətlərə təsir göstərmir. Amma həmin ölkə səfirlikləri də mütləq şəkildə bəzi məsələləri diqqətdə saxlamalıdır”.
Politoloqun fikrincə, həmin dövlətlərin səfirlikləri, eləcə də digər institutlar yerləşdikləri ölkələrin şərtlərinə uyğun davranmalıdırlar. Azərbaycan da bu məsələdə mühafizəkar bir ölkədir. “Hesab edirəm ki, cəmiyyətin, xalqın yanaşmasını nəzərə almadan LGBT bayrağının qaldırılması doğru bir şey deyil. Bütövlükdə hər bir səfirlik və diplomatik korpus nümayəndəlikləri müəyyən tədqiqatlar aparmalı - bəzi məsələlərdə təbii ki, mənsub olduqları ölkələrin yanaşması ilə səfirlik fəaliyyəti göstərdikləri ölkələrin yanaşması arasındakı fərqlər nəzərə alınmalıdır. Necə ki, bu gün Azərbaycanın xaricdəki diplomatik korpusları yerləşdikləri ölkələrin dəyərlərinə uyğun davranışlar nümayiş etdirirlər. Azərbaycanda olan əsasən Qərb ölkələrinin səfirliklərinin də buna uyğun davranması mütləq şərt kimi çıxış edir. Bu baxımdan LGBT bayrağının Azərbaycanda “dalğalandırılması” və hansısa “hüquqlar” məsələsinin tez-tez siyasi manipluyasiya vasitəsinə çevirmək avrzuları əsla qəbul edilən hal deyil”, - deyə T.İsmayılov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

