İqtisadi təhlilin fəlsəfəsini bilməyənlər üçün...
30.05.2023 [16:20]
Ermənistan iqtisadiyyatının “çiçəklənməsi” nəyin hesabına baş verir?
Azərbaycan iqtisadiyyatının son on ildə keçdiyi yolu, bu illər ərzində bütövlükdə 2,5 dəfə artdığını inkar etmək mümkün deyil. Çox təəssüf ki, hökumətin atdığı bütün addımlarda “qəbahət” axtaran Qubad İbadoğlu və Natik Cəfərli kimi siyasi iqtisadçılar ölkə iqtisadiyyatının durumunu dəyərləndirərkən bu cür reallıqları görməzdən gəlməkdədirlər; Cənubi Qafqaz respublikalarında iqtisadi vəziyyəti və infilyasiyanın səviyyəsini “dəyərləndirərək”, Ermənistan iqtisadiyyatının cari ilin birinci rübündə 12,2%, Gürcüstan iqtisadiyyatının 7,4%, Azərbaycan iqtisadiyyatının isə cəmisi 0,4% artdığını, infilyasiyanın bu ölkələrdə aşağı, Azərbaycanda isə yüksək olduğunu qabardıblar. Öncə deyim ki, rəqəmləri həmən bayraq edib, hay-küy salmaq yox, sadəcə onları təhlil etdikdən sonra hər-hansı bir qənaətə gəlmək lazımdır. Bu, iqtisadi təhlilin fəlsəfəsidir! Cari ilin birinci rübündə Azərbaycan iqtisadiyyatındakı artım sürətini əngəlləyən amil, rüb ərzində dünya bazarlarında neftin qiymətlərinin 10,0%-ə qədər aşağı düşməsidir. Burada təəccüblü heç nə yoxdur. İqtisadiyyatımızın qeyri-neft sektoru sabit inkişaf edir və bu ilin birinci rübündə 5,0%-ə yaxın artıb.
İndi gəlin Ermənistanda iqtisadiyyatın bu ilin birinci rübündə 12,2 % artımına dair bu ölkənin baş naziri N.Paşinyanın bir neçə gün öncə Moskvada, Avrasiya İqtisadi Birliyinin toplantısında səsləndirdiyi və bizim siyasi iqtisadçıların sosial şəbəkələr vasitəsilə hay-küylə və sevinclə paylaşdığı bu qədər “yüksək iqtisadi artım sürətinin” necə əldə edildiyini araşdıraq. N.Paşinyan bu məlumatla V.Putini və bu tədbirdə iştirak edən ölkələrin rəhbərlərini aldatmağa cəhd etdi, bizim siyasiləşmiş iqtisadçılar isə Azərbaycan cəmiyyətini aldatmaq istəyirlər.
Ermənistanın Dövlət Statsitika Komitəsinin məlumatlarına əsasən bu ölkənin Avrasiya İqtisadi Birliyi üzvləri ilə ticarətinin həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 92,7 faiz artaraq, 5 milyard 267 milyon dollar təşkil edib. Bu ölkələrlə ümumi xarici ticarət dövriyyəsində ixrac isə 2,8 dəfə artaraq, 2,5 milyard dollar həcmində olub. Baxın, bu ixracın 2 milyard 411 milyon dolları və ya 96,4%-i Rusiyanın payına düşüb. Cari ilin birinci rübündə də eyni mənzərə təkrar olunub.
Ermənistan Statistika Komitəsinin saytında həqiqətən də cari ilin birinci rübündə Ümumi Daxili Məhsulun 12,2 % artdığı göstərilir. Bu Komitənin saytında eyni zamanda göstərilir ki, cari ilin birinci rübündə ölkəyə idxalın həcmi 2022-ci ilin birinci rübü ilə müqayisədə 1 milyard 217 milyon dollar və ya 89,1% artıb. Eyni qayda ilə bu ilin birinci rübündə Ermənistandan ixracın həcmi 929,7 milyon dollar və ya 2,3 dəfəyə qədər artmışdır. Nəzərə alaq ki, Ermənistanın 2023-cü ilin birinci rübündəki Ümumi Daxili Məhsulu cəmisi 4,6 milyard dollar olub – yəni ötən ilin birinci rübü ilə müqayisədə 0,5 milyon dollar və ya Paşinyanla bizim siyasi iqtisadçıların dediyi kimi 12,2% artıb. Bu yerdə bircə fakta diqqət çəkmək istəyirəm. Cari ilin birinci rübündə Ermənistandan ixracın 2,3 dəfə və ya 929,7 milyon dollar artan hissəsi Ermənistanın bu ilin birinci rübündəki Ümumi Daxili Məhsulunun (4,6 milyard dollar) 20,2%-i səviyyəsindədir və 2022-ci ildə olduğu kimi ixracda bu artımın böyük bir hissəsi Rusiyanın payına düşür. Ermənistan iqtisadiyyatında N.Paşinyanın və bizim siyasi iqtisadçıların səsləndirdiyi 12,2% artım məhz bu ölkənin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra fantastik sürətlə artan idxal və ixracının hesabına baş verir. Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbin Rusiyaya və ilk növbədə onun hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən, hərbi sənaye üçün lazım olan elektrotexnika və digər məhsulların ciddi çatışmazlığını yaradıb. Təbii ki, bu yerdə Ermənistan Rusiyanın “köməyinə” gəlib. Bir sözlə, Ermənistan artıq 1 ildən çoxdur ki, Rusiyaya lazım olan bu məhsulları öz ölkəsinin adına idxal edib, sonradan onu müxtəlif məhsul adları altında Rusiyaya ixrac etməklə məşğuldur. Heç şübhəsiz Rusiya üçün digər ölkələrdən idxal etdiyi malları Rusiyaya ixrac edərkən Ermənistan “yaxşıca qazanmağı” da yaddan çıxarmır – yən o, həmin məhsulların üzərinə yetərli “qiymət əlavəsi” edib Rusiyaya satır (cari ilin birinci rübündə idxalın 89,1%, ixracın isə 2,3 dəfə artması bunu deməyə əsas verir) və bununla da bir güllə ilə bir neçə hədəfi vurur. Yəni, bu yolla Ermənistan Ümumi Daxili Məhsulunda “ciddi artım” əldə edir, ölkəsinə yetərincə valyuta qazandırır və sanksiyalarla bağlı havadarı Rusiyaya yardım əlini uzatmış olur. Artıq ABŞ və Almaniya kimi ölkələr bununla bağlı Ermənistan hökumətini bir neçə dəfə xəbərdarlıq ediblər. Ancaq hələ ki, erməni həyasızlığı öz işini davam etdirir.
Cənab siyasi iqtisadçılar, indi bildinizmi Ermənistan iqtisadiyyatının “çiçəklənməsi” nəyin hesabına baş verir? Sizə məsləhətim budur ki, mətbuatda və sosial şəbəkələrdə paylaşdığınız məlumatları ilk öncə əsaslandırın - əks halda bu işi, bu yazıda olduğu kimi sizin yerinizə başqaları edəcək.
Fikrət Yusifov
İqtisad elmləri doktoru,
Professor, sabiq Maliyyə naziri
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

