Nazirlərin görüşündə....
02.06.2023 [11:27]
NATO-nun Vilnüs sammitinə hazırlıq məsələləri diqqət mərkəzindədir
GÜLAY
NATO ölkələrinin xarici işlər nazirlərinin Norveçin paytaxtı Osloda ikigünlük görüşündə Ukrayna və Kosovodakı vəziyyət diqqət mərkəzindədir. Görüşdə təşkilata gələcək üzvlük və xüsusilə Ukraynaya cari hərbi yardım məsələlərinə toxunulub. Toplantıda digər müzakirə mövzusu isə alyansın Vilnüsdə keçiriləcək sammitinə hazırlıq və hərbi xərclərinin artırılmasıdır. Görüş qeyri-rəsmi xarakter daşıdığı üçün proqramın bir hissəsi elan edilməyib.
Son illər NATO-nun fəaliyyətinin əsas hissəsi Rusiya-Ukrayna müharibəsinə həsr olunub. Hələ 2021-ci ildə Rusiya Ukrayna sərhəddinə yaxın bölgələrdə xeyli hərbi qüvvə cəmləşdirən zaman NATO bu təhlükə haqqında dəfələrlə mesajlar vermişdi. Nəticə etibarilə ötən ilin fevralında Rusiya Ukraynaya qarşı hücuma start verdi. Müharibənin ilk günlərindən NATO bu hücumu pisləyib və Ukraynaya hərbi yardım göstərib. Bütün bunlar Ukrayna-Rusiya müharibəsinin uzunmüddətli və çətin olacağından xəbər verirdi.
ABŞ isə 2014-cü ildə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı vəd versə də, müharibənin davam etməsi hazırda bunu mümkünsüz edir. Lakin Ukrayna Rusiya ilə müharibə şəraitində olduğu bir dövrdə NATO ilə əməkdaşlığın gücləndirilməsini hərtərəfli zəruri hesab edir. Bu, “Ukrayna -NATO Şurası” masası arxasında tamhüquqlu iştirakçıya çevrilmək, vaxtaşırı görüşlər təşkil etmək və döyüş meydanındakı vəziyyət barədə birbaşa yenilənmiş informasiyanı daha asanlıqla çatdırmağın mümkünlüyünü vəd edir.
Ukraynanın NATO-ya üzvlüyünü isə Rusiya özü üçün böyük təhdid hesab edir. Rəsmi Kiyevə NATO-nun, xüsusilə ayrıca olaraq ABŞ-ın hərbi dəstəyi hər zaman Rusiya tərəfindən etirazla qarşılanır. Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət isə bölgədə tərəflər nisbətinin dəyişkən hal aldığını deməyə imkan verir. Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların da aydın hədəfləri var. Bu, çox böyük siyasi dəyişikliklərə, xüsusilə Rusiyanın iqtisadiyyatının zəifləməsinə hədəflənib.
Qeyd edək ki, NATO-nun Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın alyansa üzvlük məsələsinə də toxunulması gözlənilir. NATO Ukraynanın alyansa qoşulmaq üçün müraciətinə hələ baxılmadığını daha öncə etiraf etmişdi. Öz növbəsində Macarıstan hökumətinin nümayəndəsi Qergey Quyyaş Ukraynanın NATO-ya daxil olmasını dünya müharibəsinin başlanmasına bərabər hesab edib. Bununla belə, alyansın Ukrayna üçün təhlükəsizlik təminatlarının diqqətdə saxlanılması zərurətini də müttəfiqlər aydın şəkildə başa düşürlər. Bu baxımdan, xarici işlər nazirlərinin görüşü NATO-nun Vülnüs sammiti öncəsi vacib məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

