Həyatımın ən xoşbəxt anlarından biri...
21.06.2023 [10:40]
Kinomatoqrafiyanın inkişafı dövlətin diqqətindədir
Oqtay Mirqasımov: Ölkə Prezidentinin mənə göstərdiyi bu diqqət həyat yolumda nail olduğum ən uca məqam idi
Günel ABBASOVA
Böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında müstəsna rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib. Müstəqil Azərbaycan inkişaf etdikcə, iqtisadi cəhətdən gücü artdıqca, bütün sahələrlə yanaşı, mədəniyyətə, onun vacib qollarından biri olan kinoya da diqqət, qayğı artırılıb. Azərbaycan kinosu son 15 ildə daya yüksək inkişaf relsinə düşdü. Ümidi tükdən asılı olan kino adamları bu qayğı sayəsində yeni yaradıcılıq planlarını reallaşdırdılar. Çoxları güman edirdi ki, Azərbaycan kinosu “taqətdən düşüb” və o bir daha ayağa qalxa bilməyəcək. Lakin dövlətin göstərdiyi dəstək və qayğı nəticəsində kinonun büdrəyən dizi gücləndi və irəliyə doğru addımlamağa başladı.
Kino sahəsinin inkişaf etdirilməsi üçün atılan mütərəqqi addımlardan biri də 2012-ci ilin 21 iyununda Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis edilməsidir.
Kinematoqrafçılar İttifaqının 11 yaşı münasibətilə İttifaqın üzvü tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasımovla həmsöhbət olduq. Onun sözlərinə görə, İttifaq tərəfindən nəzəri məsələlərdə böyük işlər görülür: “Prezidentin tapşırığı ilə yeni mərhələdə Azərbaycan milli kinematoqrafiyasının inkişafı konsepsiyasını hazırlamağımız önümüzdə məqsəd kimi qoyulmuşdu. Bu layihə hazırlandı və fikrimcə kino sahəsində çox əsaslı bir addımdır. Bununla yanaşı, konsepsiyada olduqca faydalı məsləhətlər var. Layihə hazırda müzakirədədir. Mədəniyyət Nazirliyi bu layihə ilə tanış olur. Yəqin ki, bu addımlarımız və fəaliyyətimiz nəticəsiz qalmayacaq. Çünki layihədə təkcə film istehsalı deyil, həm də tamaşaçıları, ictimaiyyəti yeni kinematoqrafiya formalarına yönəltmək, milləti daha ciddi və əsaslı filmlərə maraq göstərməyə çağırış var. Şübhəsiz, bütün bu məqamlar kinematoqrafiyanın inkişafına öz faydasını verəcək”.
Xatırladaq ki, bu ay həm də Oqtay Mirqasımovun 80 illik yubileyilə əlamətdar oldu. Həyatını məhsuldar və hərtərəfli yaradıcı fəaliyyətə yönəldən rejissor hər zaman peşəkar yanaşması ilə seçilib. O.Mirqasımovun rejissoru olduğu filmlər istər yerli, istərsə də xarici tamaşaçılar tərəfindən hər zaman maraqla, rəğbətlə izlənilib. O.Mirqasımov nəinki rejissor kimi, həmçinin, yüksək idarəçilik qabiliyyətinə malik rəhbər, zəngin biliyə malik pedaqoq və Azərbaycanın ictimai-siyası xadimi olaraq da hər zaman dövlətinə, xalqına sadiqlik örnəyidir. Ürəyi vətəni, milləti ilə bir döyünən, xalqına, torpağına, dövlətinə bütün qəlbiylə bağlı olan sənətkarın bu sonsuz məhəbbəti filmlərində də özünü göstərir. Onun filmlərində bəşəri problemlərlə, ictimai məsələlərlə yanaşı, hər zaman vətənpərvərlik duyğuları, ölkəsinin, xalqının taleyüklü məsələləri əsas mövzu qaynağı olub. Ömrünün və yaradıcılığının müxtəlif dövründə qarşılaşdığı bir sıra süni əngəllərə, maneələrə baxmayaraq, Oqtay Mirqasımov ürəkdən bağlandığı və dərindən mənimsədiyi rejissorluq sənətini daima uca tutub, bu sənətin inkişafı yolunda yorulmadan, bütün səyi və qüvvəsi ilə çalışıb. Əslində, bir sənətkarın qələbəsi, ən böyük uğuru da məhz budur. Necə ki, bir müsahibəsində öz qəhrəmanları haqqında danışarkən demişdi: “Əgər biz filmdə, ədəbiyyatda qəhrəmanlarımızın yollarında maneələr, əziyyətlər, bəzən əzablar, bəzən işgəncələr qoymasaq, o zaman tamaşaçı qələbənin nə qədər böyük məsələ olduğunu necə başa düşə bilər? Qələbə nədir? Qələbə qazanmaq üçün bir əziyyət olmalıdır ki, sən özündə güc tapıb onu keçə biləsən. Mənim qəhrəmanlarımsa həmişə belədir. Mən heç bir zaman axırda məğlub olmuş, oturub ağlayan qəhrəman verməmişəm”.
Ömrünün 60 ildən çoxunu Azərbaycan kinosunun, ekran yaradıcılığının inkişafına həsr etmiş, 50-dən çox ekran əsərinin müəllifi olan Oqtay Mirqasımovm Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Kinorejissor bu məsələ barədə də öz fikirlərini “Yeni Azərbaycan”la bölüşdü. Bildirdi ki, bu ordenlə təltif olunduğuna görə qürurludur: “Bu hadisə həyatda ən xoşbəxt anlarımdan biridir. Ölkə Prezidentinin mənə göstərdiyi bu diqqət həyat yolumda nail olduğum ən uca məqam idi. Ancaq insan yenə də bu hadisələrdən ilhamlanır, yeni işlər ortaya qoymaq istəyir. Çünki bunun qarşısında insan öz işində bir addım atmağa daha çox cəhd edir. Bu təltifdən sonra planlarım da genişləndi, reallaşdı. Bu, 80 illiyim ərəfəsində mənim üçün böyük bir stimul oldu”.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

