Dinin fərqli maraqların təsir vasitəsinə çevrilməməsi üçün...
06.07.2023 [11:06]
Media məkanımız dini təhlükəsizliyin qorunması üçün bütün prioritetlərini müəyyənləşdirib
Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmini hüquqi dövlət quruculuğu prosesinin mühüm amili rolunda çıxış etməkdədir. Hər zaman hüququn aliliyinin qorunduğu ölkəmizdə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Ötən müddət ərzində Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görüb. Azərbaycan hakimiyyəti tərəfindən qətiyyətli və davamlı şəkildə aparılan dövlət siyasəti demokratik vətəndaş cəmiyyətinin inkişafını şərtləndirib.
Din bəşəri dəyər olaraq qorunur, inkişaf etdirilir, yad və mənfur təsirlərə məruz qalmaması üçün mühüm addımlar atılır. Eyni zamanda, din cəmiyyətin inkarolunmaz ideoloji sütunudur - dinin cəmiyyətin inkişaf tendensiyasındakı rolu danılmazdr. Bu mənada, müasir dünyada dünyəvilik və dini təmayül arasındakı paralel inkişaf xətti həssas sayılır. Kataklizmlərlə dolu dünyamızda din bəzən birləşdirici, bəzən ayırıcı funksiyalarla izah edilir - təəssüf ki, qaranlıq məqsədlərə çatmaq üçün din faktorundan istifadə halları olduqca geniş yayılıb.
Beynəlxalq münasibətlər sisteminin formalaşmasında belə din amili öz sözünü deyir - dünyanın bir sıra təşkilatları və ya birlikləri ən mühüm məsələlərə münasibətdə bu faktoru əsas “predmet” sayırlar. Bu baxımdan, dinin özündə belə təbii və ya qeyri-təbii yolla təmayülləndirmə prosesi gedir. Başqa sözlə, yaranan yeni cərəyanlar, sektalar, hər hansı bir məqsədə və ya amala xidmət edən qruplaşmalar pərdə arxasında dinə münasibətdə fərqliliyi ortaya çıxarır. Beləliklə, fərqli dünyalar, fərqli sivilizasiyalar, fərqli baxış bucaqları formalaşır - dinə məhz fərqli aspektlərdən qiymət verilməsi zərurəti yaranır...
Dünyanın tolerantlıq nümunəsi sayılan Azərbaycan dövlətində vətəndaşların vicdan azadlıqları yüksək səviyyədə qorunur. İstər dini, istərsə də milli dözümlülüyə görə dünyada ən tolerant dövlətlərdən sayılan Azərbaycanın 1995-ci ildə qəbul olunan ölkə Konstitusiyasında da qeyd olunduğu kimi ölkəmizdə din dövlətdən ayrıdır, ölkəmiz dünyəvi dövlətdir. Demokratik prinsiplər üzərində bərqərar olan Azərbaycan dövlətçiliyi öz inkişaf konsepsiyasında və apardığı daxili-xarici siyasətdə bunu hər zaman nümayiş etdirir. Amma qeyd edildiyi kimi, din inkarolunmaz bir faktordur və günümüzün ən mühüm təsir vasitələri arasında yer alır. Bu mənada, mənfi tendensiyalardan qorunma üçün, neqativ yüklənmələrin qarşısının alınması istiqamətində mütləq tədbirlər qaçılmaz xarakter daşıyır. Dinin ideoloji axardan çıxaraq fərqli maraqların təsir vasitəsinə çevrilməməsi üçün dövlət və cəmiyyət birgə vəhdət nümayiş etdirməlidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

