Yollar qovuşanda...
26.10.2023 [11:15]
Yaradılan dəhlizlər, tranzit xətləri iqtisadi-siyasi münasibətlərin inkişafına təkan verir
Günümüzün reallığı, mövcud siyasi-iqtisadi inkişafın əsas meyarı sayılan tranzit yollar, nəqliyyat qovşağları, dəhlizlər müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus yerə malikdir. Bu amil ümumi iqtisadi-siyasi münasibətlərin formalaşmasında da əhəmiyyətli rol oynayır. Kataklizmlər içində olan qlobal dünyada əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi əlaqələrin səmərəli şəkildə qurulması və davamlılığının təmin olunması, yolların və qovşaqların genişləndirilməsi həm də siyasi sabitliyin möhkəmləndirilməsinə töhfə verir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri onlarla ölkənin qarşılıqlı maraq müstəvisində əməkdaşlığını inkişaf etdirib, mənafelərin uzlaşdırılmasına xidmət göstərib. Bu, həm də mədəni inteqrasiyanın güclənməsinə xidmət edir. Bir sözlə, yeni iqtisadi münasibətlər sisteminin ən əsas elementlərindən sayılan beynəlxalq tranzitin formalaşdırılması iqtisadi sabitliklə yanaşı, hərbi-siyasi sabitliyin də təmin olunmasına yardım edir. Bu əməkdaşlıqlar ölkələri bir-biri ilə yaxınlaşdırır, maraqların qarşılıqlı təminini özündə ehtiva edir.
Özbəkistan yeni mərhələyə qədəm qoyur...
Xüsusi vuğulanmalıdır ki, bu gün dünyanın diqqət mərkəzinə düşən əsas tranzit xətləri Türk axını üzərində bərqərar olub. Demək olar ki, bütün istiqamətlər üzrə yaradılan nəqliyyat qovşaqları Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya üzərindən hərəkətlilik qazanır. Bu, qarşıdakı zaman kəsiyində əlaqələri günü-gündən möhkəmlənən türkdilli dövlətlərin nəqliyyat imkanlarının diversifikasiyasına da yol açır. Məsələn, Mərkəzi Asiya ölkələri Azərbaycan - Azərbaycan isə Mərkəzi Asiya üzərindən yeni yollardan istifadə imkanları qazanır. Bu, amil həm də beynəlxalq investisiyaların cəlbində mühüm rol oynayır. Məsələn, Özbəkistan hökuməti Qətəri “Tərmiz-Məzari-Şərif-Kabil-Pişəvər” Trans-Əfqan dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsinə cəlb etməyi planlaşdırır. Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Özbəkistanın nəqliyyat departamentinin rəhbəri İlhom Mahkamov və Qətərin nəqliyyat nazirinin müavini Həmid Iso Abdullo Daşkənddə danışıqlar apararaq ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər: “Xüsusən tərəflər Qətər dövlətinin Trans-Əfqan Dəmiryolunun tikintisi layihəsinin həyata keçirilməsində iştirakının təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”. Bildirilir ki, danışıqlar zamanı Özbəkistan Dəmir Yolları şirkəti Qətər nümayəndə heyəti üçün bu layihənin təqdimatını keçirib. Qeyd edək ki, 2021-ci ilin əvvəlində Özbəkistan, Əfqanıstan və Pakistan Daşkənddə Termiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun tikintisi üzrə yol xəritəsi imzalayıb. Layihənin dəyəri 5 milyard dollar həcmində qiymətləndirilir. Avropa İttifaqı, Rusiya, Özbəkistan, Əfqanıstan, Pakistan, Hindistan və Cənub-Şərqi Asiya ölkələrini birləşdirəcək yeni nəqliyyat dəhlizinin tranzit potensialı, ekspertlərin hesablamalarına görə, təxminən ildə 20 milyon ton yük təşkil edir.
Yeni dövr üçün perspektivlər...
Qeyd edək ki, Özbəkistanın iştirakı ilə baş tutan bu layihə Mərkəzi Asiyanın Uzaq Şərq, Cənub Şərqi Asiya, o cümlədən Avropa ilə əlaqələrinin inkişafında əsaslı rol oynaya bilər. Bu, Azərbaycanın nəqliyyat və yükdaşıma imkanları üçün də müəyyən perspektivlər yaradır. Belə ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bu mənada, Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcmi ildən - ilə artır. İki dövlət arasında bu sahədə mühüm anlaşma sənədləri imzalanıb - Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Analoji fikirləri digər Mərkəzi Asiya dövlətləri haqda da söyləmək olar - sirr deyil ki, Mərkəzi Asiya dövlətləri bu və ya digər şəkildə Azərbaycan vasitəsilə yeni əməkdaşlıq platformalarında iştiraka can atmaqdadır. Paralel olaraq Asiya ilə Avropanı birləşdirəcək multimodal nəqliyyat dəhlizi layihəsi artıq gerçəkliyə çevrilir. Şərq-Qərb tranziti üzrə reallaşacaq dəhlizin işə salınmasını sürətləndirmək üçün mühüm addımlar atılır. Artıq ticarət imkanları fərqli geosiyasi coğrafiyaları əhatə etməkdədir Bu isə “Türk yolu”nunun gələcək inkişafını da özündə əks etdirən amilə çevrilir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

