İtaliyadan Azərbaycana dost təşəkkürü
29.09.2026 [12:26]
Bu günlərdə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni növbəti dəfə Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü ifadə edib. Baş nazir İtaliyanın “Eni” şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) də törəmə şirkəti “Italiana Petroli” (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəldiyini bildirib. “Eni”dən sonra IP də ölkə miqyasında yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarına gəlib. Bu, italyan ailələrinə diqqətin və yanacaq xərclərinin azaldılmasına konkret töhfə verə biləcəyimizin təsdiqinin vacib əlamətidir”, - deyə Meloni bildirib.
O, iki ölkə arasında əməkdaşlığı gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Daha əvvəl SOCAR IP paylama şəbəkəsində benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmağa hazır olduğunu açıqlayıb. Şirkət qeyd edib ki, qiymət həddi minlərlə operatoru əhatə edən təchizat zəncirinin davamlılığını təmin etmək zərurəti nəzərə alınmaqla müəyyən olunacaq.
SOCAR vurğulayıb ki, bu, şirkətin İtaliya hökumətinin geosiyasi qeyri-sabitlik və bunun qlobal təchizat zəncirlərinə təsiri səbəbindən altı aydan çoxdur ki, yüksək yanacaq qiymətləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək olmaq çağırışına cavabıdır. Verilən məlumata görə, qiymət məhdudiyyətləri IP şəbəkəsindən başlayaraq mərhələlərlə tətbiq ediləcək.
Azərbaycanın dünyada artan rolu
Son vaxtlarda dövlətimizin başçısı İlham Əliyevin ünvanına dünya liderlərindən belə təşəkkürlər tez-tez gəlir ki, bu da təsadüfi deyil. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı dünyada sayılıb-seçilən ölkələr sırasına yüksəldib. Hazırda Azərbaycanın inkişafı elə bir yüksək səviyyəyə çatıb ki, ölkəmizin orta güc dövləti olaraq beynəlxalq miqyasda rolu getdikcə artır. Respublikamız çoxvektorlu siyasi kursa malikdir, ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığı genişləndirir.
Eyni zamanda, ölkəmizin qlobal proseslərə müsbət təsir göstərməsi, Şərqlə Qərb arasında körpülər yaratması, daim qarşılıqlı maraqlara və suverenlik prinsipinə əsaslanan dialoqu təşviq etməsi dünyada təqdirlə qarşılanır. Bu gün Azərbaycanın beynəlxalq birliyə töhfələri müxtəlif sahələri əhatə edir. O cümlədən respubllikamız mürəkkəb qlobal geosiyasi vəziyyətdə həm son dərəcə əlverişli coğrafi mövqedə yerləşməsi, həm də apardığı siyasətlə Avrasiyanın əvəzolunmaz bağlantı mərkəzi qismində çıxış edir. Digər tərəfdən, respublikamız ciddi təchizat problemləri ilə üzləşən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan özünün multikultural siyasəti, geniş əhatə dairəsinə malik olan humanitar diplomatiyası ilə birləşdirici rol oynayır. Ölkəmizə beynəlxalq səviyyədə rəğbətin artmasının ən əsas səbəblərindən biri isə, heç şübhəsiz ki, Azərbaycan Liderinin müharibə başa çatandan dərhal sonra Cənubi Qafqazda sülh quruculuğu təşəbbüsündən çıxış etməsidir. Bu, dünya praktikasında analoqu olmayan bir nümunədir. Ötən il avqustun 8-də Vaşinqtonda baş tutan yüksəksəviyyəli görüş və Ağ Evdə imzalanan sənədlər bir daha təsdiqlədi ki, beynəlxalq birlik Azərbaycanın sülh gündəliyini qəbul edir və təqdirlə qarşılayır.
Hər iki ölkə strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində maraqlıdır
Azərbaycan həm geniş İslam coğrafiyası, həm də Avropa İttifaqı (Aİ) ilə sıx əlaqələr qurması ilə də dünyaya fərqli nümunə təqdim edir. O cümlədən respublikamız Böyük Yeddiliyin üzvü olan İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Əlamətdar haldır ki, hər iki dövlət bu münasibətləri dərinləşdirməkdə maraqlıdır. Siyasi dialoqun ilbəil artan dinamikası bunu əyani şəkildə təsdiqləyir. İndiyədək iki ölkə arasında 2014-cü və 2020-ci illərdə olmaqla strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Qarşılıqlı münasibətlərin əsasını təşkil edən bu iki bəyannamədə və digər sənədlərdə təsbit edilmiş məsələlər uğurla həyata keçirilir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında vurğuladığı kimi, Ciorcia Meloninin 2026-cı ilin may ayında Ermənistanda öz proqramını başa vurduqdan sonra Azərbaycana səfərə gəlməsi çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib.
Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Respublikamız İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci pillədə yer alır. Dövlətimizin başçısı bildirib ki, bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib ki, onun da 9,5 milyardı İtaliya bazarına ünvanlanıb. Gələcəkdə bu həcmin artırılması da müzakirə mövzusudur.
Hazırda SOCAR-ın İtaliyadakı fəaliyyəti “Italiana Petroli” şirkəti vasitəsilə tam fasiləsiz şəkildə davam etdirilir. Şirkət İtaliyanın enerji bazarında geniş logistika və pərakəndə satış infrastrukturu ilə fəaliyyət göstərən aparıcı operatorlardan biridir. IP ölkə üzrə 4500-dən çox yanacaqdoldurma məntəqəsini, neft emalı və məhsul saxlanması üzrə mühüm sənaye aktivlərini əhatə edən geniş şəbəkəyə malikdir.
Xatırladaq ki, SOCAR 2025-ci ilin sentyabrında İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 99,82 faiz səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Səhmlərin alınması prosesi bu ilin mayında tamamlanıb. Mayın 28-də isə Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40

