Zabuxa dördüncü köç…
21.11.2023 [14:03]
Daha 25 ailə qayıtdı
Y.BAYRAMOVA
Bir zamanlar məcburi köçkün həyatı yaşamış soydaşlarımız uzun illər çətin və məşəqqətli yollardan keçiblər. Ancaq əzəli torpaqlarımız artıq düşmənin caynağından alınıb, azadlığına qovuşub. İndi vətəndaşlarımız doğulub boya-başa çatdıqları, hər qarışı onlar üçün müqəddəs və əziz olan torpağa qayıdırlar. Gülə-gülə, ağlaya-ağlaya, amma qayıdırlar. Onların bu gün axıtdıqları göz yaşları sevinc göz yaşlarıdır. Yaşamaq, yaratmaq, lazım gələrsə bu torpaqdan ötrü ölmək üçün qayıdırlar...
Dövlətimiz öz gücü, iqtisadi potensialı sayəsində xarabalığa çevrilmiş kəndləri, şəhərləri yenidən tikir. Yeni üslubda, yeni görkəmdə yurd yerləri salınır. “Böyük Qayıdış” planına uyğun tikilib bərpa edilən kəndlər, şəhərlər öz doğma sakinlərini qoynuna alır. Həsrətə, hicrana son qoyulur. Qədim, köhnə məhəllələr yeni üslubda inşa edilir. Ötən ildən başlayaraq möhtəşəm köçürülmə prosesi həyata keçirilir.
Zabux sakinlərinin sayı 382 oldu…
Dünən Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti-4-cü köç karvanı yola salınıb. Bununla da daha 25 ailə-91 Zabux kəndinə köçüb. Qeyd edək ki, noyabrın 18-də Zabuxa 25 ailə-103 nəfər köçürülmüşdü. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Xatırladaq ki, Zabuxa ilk köç avqustun 25-də baş tutub. Bu mərhələdə 21 ailə-94 nəfər doğma yurduna qayıdıb. Abadlaşan Zabuxa ikinci köç isə noyabrın 16-da olub. Bu zaman 25 ailə-94 nəfər doğma torpaqlarına qovuşub.
Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki,Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.
Çox sevincliyik, doğma obamıza gedirik
Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Murad Vəlizadə çox sevincli olduğunu deyib: “Çünki doğma elimizə, obamıza gedirik”.
Qırx dörd günlük Vətən müharibəsində iştirak etdiyini vurğulayan M.Vəlizadə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü Prezident İlham Əliyevin və ordumuzun gücü sayəsində tam bərpa olunub: “30 ildir həsrətində olduğumuz gözəl torpaqlarımıza qayıdırıq. Bizə bu şəraiti yaradan Prezidentimizə təşəkkür edirəm. Bu sevinci bizə yaşadan Vətənimizin qəhrəman övladlarına minnətdaram”.
Həmişə ümid edirdim…
Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Dilbər Behbudova xoş günlərin gələcəyinə həmişə ümid etdiyini bildirib: “Çox sevinirəm ki, Prezident İlham Əliyevin uğurlu siyasəti məni arzuma çatdırdı. Zabux kəndi mənim üçün çox əzizdir. Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Vətən övladlarının şücaəti sayəsində öz doğma yurdumuza qayıdırıq. Böyük Qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlərə də bu günü yaşamalarını arzu edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

