Enoturizm- şərab turizminin inkişafı üçün hansı addımlar atılır?
05.12.2023 [12:43]
M.BAYRAMLI
Şərabçılıq turizmi - enoturizm şərabı birbaşa zavodda dadmaq, istehsal prosesini izləmək, üzüm bağlarını gəzmək, şərab festivallarında iştirak etmək və yerindəcə bəyəndiyin şərabı almaqdır. Bəzi ölkələr üçün yeni olan bu turizm növü Avropada artıq populyarlaşıb. Milyonlarla turist İtaliya, Fransa, İspaniyadakı şərab festivallarına gedir, üzüm yığır, onu həvəslə tapdalayır, həmin yerə məxsus şərabı dadır və alır. Məsələn, Britaniyanın Tripadvisor turizm portalının istifadəçiləri 2012-ci ilin ən maraqlı şərab marşrutunun fəaliyyət göstərdiyi Avropa regionunu seçiblər. Reytinqdə İtaliyanın Toskana əyaləti, Fransanın Akvitaniya və Provans əyalətləri 2012-ci ilin ən yaxşı enoturizm istiqamətləri adını qazanıblar. Bəs ölkəmizdə vəziyyət necədir?
Azərbaycanda da şərab turizminə maraq ildən-ilə artmaqdadır. Dövlət Turizm Agentliyi tərəfindən şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Bu günlərdə Şamaxı şəhərinin Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalı keçirilib.
Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ kəndində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır. Tuğ kəndi tarixən şərabçılıq destinasiyası kimi tanınıb. Qədim şərabçılıq mərkəzidir və şərabçılıq turizminin inkişafı üçün geniş imkanları var. İndi burada şərabçılıq ənənələri inkişaf perspektivləri ilə birləşərək Qarabağ şərablarına yeni nəfəs verəcək, yerli və xarici turistlərin bölgəyə marağını artıracaq. Bu da ölkəmizə yetərincə dividentlər gətirməklə iqtisadiyyatına müsbət təsir edəcək.
Bir sözlə, Azərbaycanın şərabçılıq sənayesi son illərdə yüksək keyfiyyətli texnologiyaya böyük sərmayə qoyaraq beynəlxalq səviyyədə tanınan üzüm sortları yetişdirir, həm də bir çox yerli altenativlərlə güclü təcrübəni sürətlə inkişaf etdirir.
“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri”
Bu məqsədlə də, dekabırın 2-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfrans keçirilib. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid və Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal konfransda iştirak ediblər. Ölkəmizdə şərab turizminin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb. Konfrans çərçivəsində Azərbaycanda ilk olaraq "Şəki Şərab" zavodunun Qlobal Şərab Turizmi Təşkilatına (GWTO) üzv olması haqqında rəsmi sertifikatın təntənəli təqdimatı olub. Xatırladaq ki, bu, zavodun ölkəmizdə enoturizm potensialının inkişafına verdiyi töhfəni təsdiqləyir. Nəticədə üzvlük təcrübə mübadiləsi, tədbirlərin keçirilməsi və GWTO-nun digər iştirakçıları ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yaradacaq. Burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək, iqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək. Habelə enoturizm sahəsində qabaqcıl dünya praktikalarını tətbiq etməklə və beynəlxalq təcrübədən istifadə etməklə biz turistləri regiona cəlb edə və öz qədim tarixi ilə məşhur olan Şəkidə cazibəli turistik məkana çevrilə bilərik.
Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

