Qərbin “emissarları”...
07.12.2023 [11:10]
Kərimli və dəstəsinin eyni məzmunlu “mövzuları”...
Xarici ermənipərəst mərkəzlərin, anti-Azərbaycan dairələrin “yedəyi” funksiyasını yerinə yetirən redikül müxalifət hər zaman ölkəmizə, xalqımıza qarşı aparılan şər-böhtan kampaniyalarının ön sıralarında yer almağa çalışır. Daha doğrusu, ölkəmizin əldə etdiyi uğurları, son 3 ildə qazanılan böyükmiqyaslı qələbələri, post-müharibə dövründə yeni iqtisadi nizamın qurulmasındakı fəal iştirakımızı həzm etməyə ermənipərəst xarici qruplar öz çirkin oyunlarında, ucuz “təbliğatlarında” xəyanətdən və satqınlıqdan başqa heç bir işə yaramayan rediküllərdən “fəal şəkildə” istifadə ediblər. Qeyd edildiyi kimi həm 2020-ci il Vətən müharibəsi zamanı, həm də 2023-cü il antiterror tədbirləri dövründə redikül müxalifət, xüsusilə AXCP sədri Əli Kərimli və tərəfındakı azsaylı qrup bütün “səyini” ölkəmizin uğurlarına kölgə salmağa yönəltmişdi.
Bu gün də analoji “xətti” davam etdirən Ə.Kərimlinin xarici donor qruplardan aldığı tezis və direktivlərlə hərəkət etməsi ortadadır - hətta sosial şəbəkələrdə belə bu partiyanın üzvləri, rəhbər şəxsləri paylaşdıqları statusların məzmununu xarici dairələrin göndərdikləri sifarişlərlə “uzlaşdırır”. Bununla bağlı aparılan moqnitorinq də dediklərimizi təsdiqləyir. Məsələn, son dövrlərdə həm Ə.Kərimlinin, həm də AXCP “qruplaşması”nın ən “sevimli mövzusu” Qərbi “tərifləməkdir”. Xüsusilə, ABŞ-ın ölkəmizə qarşı fərqli standartlarla yanaşmasına az qala haqq qazandırmağa qalxan Ə.Kərimli və dəstəsi eyni məzmunlu, eyni motivli, hətta eyni söz və fikirləri özündə əks etdirən ifadələr işlədir, Qərbin maraqlarının “keşikçisi” olduqlarını “sübut etməyə” çalışırlar. Bəzi məqamlarda daha da “uzağa gedərək” Azərbaycanın Qarabağı azad etməsini belə “şübhə altına” almağa çalışan Ə.Kərimlinin dırmanmağa çalışdığı “nərdivanın” hər pilləsi onun xəyanətlərindən bəhs açır.
AXCP sədri sosial şəbəkələrdə Qarabağın azad edilməsini sorğulamağa niyyətlənib - bunun necə baş verdiyini “anlamadığını” deyir. Cəmisi bir neçə il öncə Azərbaycan hakimiyyətini “Qarabağı unutdurmağa çalışmaqda”, “Qarabağın azad edilməsi ilə bağlı konsepsiyaya malik olmamaqda” günahlandıran Ə.Kərimli bu gün absurd şəkildə Qarabağın “hansı şəraitdə” azad olunmasına kölgə salmağa çalışır. AXCP sədri hələ də dərk etmir ki, xalq-hakimiyyət-ordu birliyinin qarşısında duruş gətirəcək hər hansı bir qüvvə tapıla bilməz.
Bu gün Qərb maraqlarının “danışan dili”nə çevrilən Ə.Kərimli və yandaşları üçün milli maraq heç bir əhəmiyyət kəsb etmir - ortaya qoyduğu “yanaşma” bir daha Ə.Kərimli və yandaşlarının antimilli mahiyyətindən xəbər verir. Görünən odur ki, 1992-ci ildə Azərbaycanın maraqlarını xarici fondlara satan, sonradan isə öz partiyadaşlarına belə xəyanət edən Əli Kərimli bu gün də ölkəmizin, xalqımızın mənafeyinə qarşı cəbhədə yer almaqda davam edir. Ermənipərəst qurumların çirkin oyunlarının aləti qismində çıxış edən Ə.Kərimli və dəstəsi bir daha öz kimliklərini Azərbaycan cəmiyyətinə nümayiş etdirirlər...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30

