Fransa hökuməti azad sözün boğulmasına göz yumur
07.12.2023 [10:58]
«AZƏRTAC-ın Fransanın dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsi və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və mətbuat azadlığına, azad medianın inkişafına, jurnalist fəaliyyətinə qarşı olan bir davranışdır».
Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, baş verən hadisə bir daha sübut edir ki, söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə hələ də dünyada basqı davam edir. Bu, yolverilməzdir və dünya ictimaiyyəti, xəbər agentlikləri, mətbuat ittifaqları buna reaksiya verməlidir.
“Söz və mətbuat azadlığı sağlam demokratiya üçün vacibdir. Dünyanın heç bir demokratik ölkəsində jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərdə baş verə bilər. Medianın iş şəraiti və azadlığının qorunması konstitusiya və beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq media azadlığı sahəsində nümunə olmağa çalışan ölkələrdən biri olan Fransada öz xidməti vəzifəsini yerinə yetirən jurnalistə əsassız şəkildə peşəkar fəaliyyətinə təzyiq göstərilməsi yolverilməzdir və bu hadisənin törədilməsi böyük təəssüf doğurur. Biz Fransa hökumətini bu hüququ qorumaq üçün bütün lazımi addımları atmağa və jurnalistin təqib və hədə qorxusu olmadan öz işlərini görmələrini təmin etməyə çağırırıq.
Ümumilikdə son illər Fransada siyasi və sosial problemlər dünyanın diqqətindədir. Fransa hakimiyyətinin yarıtmaz siyasəti əhalinin haqlı narazılığına səbəb olur. Ölkədə insan hüquqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur. Fransa hökuməti, xüsusilə Prezident Emmanuel Makron hakimiyyəti dövründə bu cür hadisələrə laqeyd yanaşır, azad sözün boğulmasına göz yumur. Bütün bunların nəticəsi olaraq nəinki Fransa jurnalistləri, həmçinin həmin ölkədə fəaliyyət göstərən digər dövlətlərin jurnalistləri də bu cür çətinliklərlə üzləşirlər. İkinci təəssüf doğuran hal isə ondan ibarətdir ki, Paris şəhərində media azadlığının müdafiəsi ilə məşğul olan bir neçə beynəlxalq təşkilat mövcuddur, o cümlədən “Sərhədsiz Reportyorlar” təşkilatının mənzil-qərargahı Paris şəhərində yerləşir. Beynəlxalq statuslu jurnalist təşkilatları, həmçinin “Sərhədsiz Reportyorlar” da bəhs olunan tipli insidentlərə ikili standartlarla yanaşırlar. Onlar yerləşdikləri ölkə ərazisində jurnalistika ilə bağlı baş verən hadisələrə lazımi qiymət vermir, hətta belə faktları gizlədirlər. Biz Fransa hökumətinə, hüquq-mühafizə orqanlarına, eyni zamanda Fransada yerləşən beynəlxalq statuslu jurnalist təşkilatlarına müraciət edərək bu faktın araşdırılmasını və lazımi ölçü götürülməsini tələb edirik”, - deyə A. Məmmədov bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45

