Azərbaycanla sülh, Türkiyə ilə isə münasibətlərin normallaşması masası Paşinyanı gözləyir
08.12.2023 [13:16]
"Son zamanlarda, Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbdə yeni sponsor axtarışına çıxdığının şahidi oluruq. Amma Ermənistanın siyasi rəhbərliyi anlamalıdır ki, himayədar axtarışından, hətta tapdıqları himayədar dövlətlərdən onlara xeyir gəlməyəcək. Bu ölkələr sadəcə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşma müddətini uzatmaqla məşğuldurlar. Bundan ən çox ziyanı isə erməni xalqı görür. Azərbaycan ilə Ermənistan arasındakı anlaşmazlıqların aradan qalxması hansısa xarici güclərin sifarişi ilə baş verəcək proses deyil. Bölgədən uzaq ölkələr sülh müqaviləsinin imzalanmasını daha da gecikdirir".
Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hülusi Kılıc deyib. O bildirib ki, Azərbaycan və Ermənistanın hərbçiləri qarşılıqlı şəkildə azad etməklə bağlı qərarı, Ermənistanın BMT-nin İqlim Dəyişikliyi Üzrə Çərçivə Konvensiyasına tərəf dövlətlərin 29-cu Konfransına ev sahibliyinə namizədliyini Azərbaycanın lehinə geri götürməsi, Azərbaycanın namizədliyini dəstəkləməsi haqda birgə açıqlama həm Azərbaycanda, həm Ermənistanda, həm də Türkiyədə olduqca xoş qarşılanıb.
"Ermənistanın siyasi rəhbərliyinin yeni reallıqları qəbul edərək sülh masasına geri qayıtması lazımdır. Azərbaycanla müzakirələrin aparılacağı sülh danışıqlarına paralel həm də Türkiyə - Ermənistan əlaqələrinin normallaşması müzakirələri davamlı hal alacaq. Ermənistan eyni vaxtda ikiqat qazanc əldə edəcək. Bölgədə sülh istəməyən, xaricdə lüks həyat sürən erməni lobbisi isə Ermənistanın siyasi hakimiyyətinin üzərindən kirli əllərini çəkməlidir. Onlar anlamalıdırlar ki, bölgə xalqları, başda ermənilər olmaqla regionda yaşanan gərginliklərdən və təhdidlərdən yorulub. Xalqlar gələcəkdə rahat qonşuluq münasibətlərində yaşamaq üçün sülh addımlarının gerçəkləşməsini arzulayır. Azərbaycanla sülh, Türkiyə ilə isə münasibətlərin normallaşması masası Paşinyanı gözləyir", - deyə H.Kılıc əlavə edib.
Sadiq
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

