UNESCO tarixində bir ilk...
13.12.2023 [10:55]
Azərbaycanın təşəbbüsü ilə “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə qəbul olunub
Azərbaycan dünyada mina ilə çirkləndirilən əsas ölkələrdən biridir. Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır. Bütün bunlarla yanaşı, minaların mədəni irsə də mənfi təsiri çox böyükdür.
Azərbaycan Ermənistanın mina terroru ilə bağlı beynəlxalq birliyi davamlı olaraq məlumatlandırır. Yeri gəlmişkən, dekabrın 11-də UNESCO-nun mənzil-qərargahında silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib.
Qətnamədə silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə üzv dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur. Sənəddə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur. Qətnamədə 1954-cü il Haaqa Konvensiyasını pozan addımların atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, minaların mədəni irsə təsiri mövzusu UNESCO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı, eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.
Ümumiyyətlə, Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırıb və insan tələfatının sayını artırıb. Erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi İrəvan hələ də dəqiq mina xəritələrini vermək istəmir. Ümumilikdə, 2020-ci ilin noyabr ayında üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 340 nəfər minaların qurbanı olub. Onların əksəriyyəti mülki şəxslərdir.
Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var. Bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.
Bu baxımdan, UNESCO-nun toplantısında “Minaların mədəni irsə təsiri” adlı qətnamənin qəbul olunması mühüm hadisədir. Azərbaycanın təqdim etdiyi bu sənəd beynəlxalq ictimaiyyəti mina probleminin həllinə daha diqqət və həssaslıqla yanaşmağa sövq edəcək. Eyni zamanda, UNESCO da mədəni irsi mina təhlükəsindən xilas etmək üçün konkret addımlar atmalı, bu istiqamətdə Ermənistana çağırışlar etməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36

