Növbəti köç...
26.12.2023 [10:45]
Zabux sakinləri 783 nəfər oldu
Yeganə BAYRAMOVA
İşğaldan azad edilmiş ərazilərdə mühüm infrastruktur layihələrin həyata keçirilməsi bu gün dövlətimizin yürütdüyü siyasətin əsasını təşkil edir. Böyük qayıdışın təmin olunması yönündə bütün gücünü səfərbər edən Azərbaycan qısa müddət ərzində Laçın şəhəri, Zabux və Sus kəndlərinin sakinlərinin də öz dədə-baba torpaqlarına qovuşmasına şərait yaradıb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Bu tarixi günün qeyd edilməsi üçün keçilən yolu təhlil etdikcə Ordumuzun döyüş ruhunun, Qələbə əzminin nə qədər böyük olduğunu görürük. Azərbaycanın torpaqlarını azad etməyə hazırlıq işlərinin tərkib hissələrindən biri məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, torpaq, Vətən sevgisinin aşılanması idi. Azərbaycan gəncliyi göstərdikləri qəhrəmanlıqları ilə Vətənə, torpağa bağlılıqlarını nümayiş etdirdilər.
Daha 27 ailə Zabuxa köçdü...
Dünən Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb.
Beləliklə, indiyədək Zabux kəndində 203 ailənin (783 nəfər) daimi məskunlaşması təmin edilib. Xatırladaq ki, Zabuxa ilk köç 2023-cü il avqustun 25-də baş tutmuşdu.
Zabuxa, Susa qayıtmalıyıq...
Üç ildir işğaldan azad edilən digər torpaqlarımız kimi, Laçın rayonu da həyatının yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin-qanunsuz məskunlaşmanın nəticələrinin aradan qaldırılması ilə bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurd-yuvalarına qayıtmasına imkan yaranıb. Xatırladaq “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq “Qaçqınkom”a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq” söyləyən Prezident İlham Əliyev çox keçmədi ki, bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Laçının məşhur kəndi...
Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən bir qədər yuxarıda - iki çayın arasında, Zabux çayının sol sahilində yerləşib. Sonradan kənd bir qədər də böyüyüb və çayın əks tərəfində - Alxan dərəsində də xeyli evlər tikilib. Laçın ərazisindəki ikinci böyük körpü bu kəndin ərazisində - Zabux çayının üstündə idi. Kənd Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşdiyi üçün Ermənistana gedən avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi.
Üç kənddən - Zabux, Sus və Qızılcadan ibarət “Komsomol” kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri də bu kənddə yerləşirdi. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda yem tədarükü üçün böyük anbarlar, geniş ərazidə ot tayları da vardı. Kənddə zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından, Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı. Zabux kəndindən keçən çaylar sayəsində bağ-bostan təsərrüfatı yaxşı inkişaf etmişdi. Tut ağacları çox olduğu üçün dədə-babadan bu kənddə baramaçılıqla da məşğul olurdular. Bundan başqa tütün də əkilirdi. Hər üç kəndin ərazisində tütün emal etmək üçün tikililər mövcud idi. Zabuxun əkin yerlərində bol buğda, arpa əkilirdi.
31 ildən sonra...
Zabux kəndində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaratdı. Qeyd edildiyi kimi, işğal dövründə qeyri-qanuni məskunlaşma siyasətinə məruz qalan Zabux kəndi artıq azaddır. 31 ildən sonra doğma kəndlərinə dönən sakinlər Prezidentə minnətdardırlar. Doğma torpaqlarına qovuşan vətəndaşlar hər cür şəraitlə təmin olunduqları üçün ölkə başçısına dərin təşəkkürlərini bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35

