İnsanı rahatladan keramika sənəti
27.12.2023 [13:02]
M.BAYRAMLI
Kökü qədim dövrlərə dayanan keramika sənəti uzun inkişaf yolu keçib. Aparılan arxeoloji qazıntılar sübut edir ki, orta əsrdə Azərbaycanda keramika sənəti geniş yayılıb. Təkcə məişətdə yox, həm də memarlıq abidələrində geniş istifadə olunub.
Son illərdə keramika sənətinə maraq artıb. Deyilənə görə, məhsulların hazırlanma mərhələsi insanda hüzur və dinclik hissi yaradır. Elə bu səbəbdən də xobbi kimi yanaşanlar, ustad dərslərinə üz tutanların sayı durmadan artır. Bu sahəni yaşadan ustadlar sırasında gənc nəsilləri də görə bilərik. Onlardan biri də Röya Nəzirlidir. Röya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ-tətbiqi sənət” fakültəsinin IV kurs tələbəsidir. Keramika ixtisası üzrə təhsil alır. Buna baxmayaraq, 4 ildir ki, keramika sənəti ilə məşğul olur, tələbələr yetişdirir. Hər qrupda nə az, nə çox 10 tələbəsinin olduğunu deyir: “Bu sənətə iş kimi yox, həyatımın bir parçası kimi baxıram. Ona görə də tələbələrimi öyrətməkdən yorulmuram. Hər kəs keramika sənəti ilə məşğul ola bilər. Məncə, yaradıcılıq duyğusu hamıda var. Sadəcə onu oyatmaq lazımdır. Yetər ki, istəsin. Tələbələrim arasında azyaşlılardan tutmuş, ictimai xadimlərə, eləcə də məmurlara qədər şəxslər var. İnsanlar gündəlik həyat qayğılarından uzaqlaşmaq üçün bu sənətlə məşğul olmağa başlayırlar. Həqiqətən də gillə bir şeylər hazırlamaq, sonra öz əməyinin bəhrəsini oturub izləmək qədər insanı rahatlatan heç nə ola bilməz. Evdəki əşyalarımın demək olar ki, hamısını özüm hazırlamışam. Peşəmizin ən maraqlı tərəflərindən biri də odur ki, öz fincan və qablarımızı özümüz hazırlayırıq. Onları hədiyyə də edirik. Pulla alınmış hədiyyədən daha dəyərlidir”.
Bəs dərslərin qiyməti neçəyədir?
Ustad dərslərinin qiyməti isə elə də ucuz deyil. Çünki məhsullar Türkiyədən gətirilir. Onun hazırlanma və sobada bişirilmə mərhələsi isə əlavə xərc tələb edir: “Dərslərin qiyməti hazırlanan məhsullardan asılı olaraq dəyişir. Sterilizə olunmuş gil və istiyə davamlı boyalardan istifadə olunur. Bu qədər əməyin qarşılığında elə də böyük məbləğ deyil. Əl əməyidir, axı. Amma onu deyə bilərəm ki, dərslərin qiyməti 20-25 AZN-dən başlayır. Olduqca maraqlı sənətdir. Məncə, keramika sənəti Azərbaycanda daha da genişləndirilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

