Fon der Leyenə qarşı iddialar rəsmiləşir...
10.12.2024 [08:57]
AK rəhbəri 35 milyard avroluq korrupsiyada ittiham olunur
Polşa və Macarıstan hökumətləri, ictimai təşkilatlar və fiziki şəxslər iddiaçıdırlar
Qlobal COVİD-19 pandemiyası dövründə “vaksin korrupsiyası”na yol verdiyi söylənilən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı ittihamlar get-gedə ciddiləşir. Aİ rəhbərinin korrupsiya əməli törətməsi ilə bağlı min fiziki və hüquqi şəxs tərəfindən məhkəmə iddiası qaldırılıb. İddiaçılar onun 35 milyard avrodan çox dəyərində sınaqdan keçirilməmiş COVID-19 vaksinlərinin alınmasında korrupsiyaya yol verdiyini bildirirlər. İddianın təşəbbüskarı, belçikalı lobbiçi Frederik Baldandır. Bundan başqa, Polşa və Macarıstan hökumətləri, ictimai təşkilatlar (məsələn, həkimlərin və stüardessaların peşəkar birlikləri) və fiziki şəxslər də iddiaçılar arasında yer alır. Məhkəmə prosesində Avropa hakimiyyətinin Avropa bazarına təhlükəsiz və effektiv hesab edilən, lakin əslində heç biri olmayan məhsulu çıxartmaqla ictimaiyyəti aldatdığının aydın olacağı bildirilir.
Belçika prokurorluğu məlumat yaymışdı...
Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqı Prokurorluğunun (EPPO) Belçika prokurorluğunun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı Amerikanın Pfizer şirkətindən koronavirus peyvəndi alması ilə bağlı cinayət işini ələ keçirdiyi ilə bağlı xəbər yayılmışdı. Məşhur nəşrlərdən birinin yaydığı məlumatda Belçikanın hüquq-mühafizə orqanlarının əməkdaşına istinadən deyilirdi ki, 2023-cü ilin aprelində Belçika konsaltinq şirkətlərindən birinin əməkdaşı Frederik Baldan (rəsmi iddianı qaldıran şəxs) Lyej şəhərinin birinci instansiya məhkəməsində fon der Leyenə qarşı iddia qaldırmışdı - iddiaçı qeyd edirdi ki, Avropa Komissiyasının rəhbərinin hərəkətləri Belçikanın maliyyə maraqlarına zərbə vurub və “ictimai etimadı” sarsıdıb. Sonradan isə bu işlə bağlı heç bir ittiham irəli sürülməmişdi.
3 il öncə “The New York Times” yazmışdı...
Fon der Leyenin “Pfizer” şirkəti ilə bağladığı “müqaviləyə gəldikdə” isə, bu haqda xəbəri hələ 2021-ci ilin payızında Amerika nəşri “The New York Times” yazmışdı. Nəşr Avropa Komissiyasının rəhbəri ilə Amerikanın Pfizer şirkətinin baş direktoru Albert Bourla yazışmalarını üzə çıxarmışdı - bildirilirdi ki, bu yazışma peyvənd alınması ilə bağlı tarixin ən bahalı müqaviləsi bağlanmazdan əvvəl həyata keçirilib. Qeyd olunmuşdu ki, müqavilənin dəyəri 35 milyard avroya çata bilər. AK rəhbəri isə danışıqlar prosesinə “birbaşa təsir” etməkdə şübhəli bilinirdi - çünki alınmış peyvəndlərin sayı ehtiyacları xeyli üstələyirdi. Aİ-nin peyvənd ehtiyacları 1,8 milyard doza təşkil etdiyi halda, bu qədər “geniş müqavilə”nin imzalanmasının məntiqi açıqlaması yox idi. 2023-cü ilin yanvarında isə qəzet fon der Leyeni “Pfizer” rəhbəri ilə yazışmalarını dərc etməkdən imtina etdiyinə görə məhkəməyə vermişdi. Daha sonra AK rəhbərinin müavini Vera Jourova məsələni fərqli şəkildə “izah etdi”: mesajlar “qısamüddətli, efemer xarakterinə” görə silinə bilərmiş.
Qeyd edək ki, həmin dövrdə Baldanın rəsmiləşməmiş iddiasına qoşulanlar da az olmamışdı. O dövrdə də Macarıstan və Polşa hökumətləri fon der Leyendən “hesab soran”ların siyahısına əlavə edilmişdilər - sadəcə, avropapərəst Donald Tuskun Polşanın baş naziri olması ilə rəsmi Varşava şikayətini geri götürmək üçün yeni proses başlatdı.
Avropada korrupsiya “əks -sədası”...
Qeydə alınan bu ittiham isə Avropa İttifaqı təsisatlarına qarşı birinci iddia deyil. Ümumiyyətlə, özünü “demokratik təsisat” adlandıran təşkilatların fəaliyyət mexanizminin bəzi gizlinləri artıq üzə çıxır. Özlərini bütövlükdə qlobal proseslərin “yönvericisi” kimi görən, “nizamlayıcı” statusu daşıdığını düşünən bu “təsisatlar”ın təmsilçiləri və rəhbərləri şəffaflıq, ədalət və düzgünlük “ideyası” haqda danışsalar da, real həyatda tamam əks əməli fəaliyyətləri ilə yadda qalırlar. Məsələn, bir müddət öncə haqqında korrupsiya və rüşvət qalmaqalı baş verən Avropa Parlamentinin rəsmisi Eva Kaili ilə bağlı prsoes, eləcə də, AP-nin digər üzvlərinin erməni milyarder Kaspar Karapetyan ilə qaranlıq əlaqələrinin üzə çıxması bu qurum daxilində “korrrupsiya böhranı”nın gündən-günə şiddətləndiyini göstərir. Bu mənada Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə qarşı cinayət işininin başlanması da təəccüblü deyil.
Erməni lobbisinə “sığınan”...
Fon der Leyenin korrupsiya əməlləri isə tək bu faktla yekunlaşmır - onun Karapetyan ilə gizli sövdələşmələri haqda bir sıra xarici media orqanları məlumatlar yayıblar. Bildirilib ki, Qərb təsisatı məhz Ermənistan üzərindən Karapetyan vasitəsilə çirkli pulların yuyulması əməliyyatını həyata keçirir. Hətta Ermənistan üzərindən məhz avropalı siyasətçinin aktiv iştirakı ilə köhnə silahların “utilizasiyası”nın həyata keçirlidiyi də bildirilirdi. Bir sıra siyasətçilərin fikrincə, fon der Leyenin “erməni sevgisi”nin də kökündə məhz bu amil dayanır.
Eyni zamanda, Avropa Parlamentinə son seçkilərdə yenidən sədr seçilməsi üçün erməni lobbisi ilə fəal iş aparan fon der Leyenin bu zaman da bəzi gizlin əlaqələrə girməsi ilə bağlı fikirlər səsləndirilib. Vurğulanıb ki, fon der Leyen 2024-cü ilin iyunun 6-9-da keçirilən seçkilərdə erməni lobbisinin “gücünə arxalanıb”. Uzun illərdir ki, Avropa strukturlarını “maliyyələşdirən”, onları maddi şəkildə stimullaşdıran Kaspar Karapetyanın əli ilə erməni lobbisinin oyuncağı olan deputatların səsini alan fon der Leyen bunun üçün Ermənistanla təmsil etdiyi qurum arasında “münasibətləri” istiləşdirir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

