Azad, güclü və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir
01.10.2026 [11:43]
Milli Məclis 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib
Milli Məclisin dünən başlanan payız sessiyasında ilk olaraq 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bəyanat qəbul olunub. Spiker Sahibə Qafarova bildirib ki, 27 sentyabr xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 6 il bundan əvvəl həmin gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı Zəfər yürüşü ölkəmizin tarixində yeni dövr açıb: “44 günlük Vətən müharibəsində əldə edilən qələbə şəhər və kəndlərimizin əksər hissəsinin Ermənistan Respublikasının 30 illik işğalından azad edilməsinə gətirib çıxarmış, dövlətimizin ərazi bütövlüyünün bərpasına şərait yaradıb. 2023-cü ilin sentyabr ayında keçirilən bir günlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırılıb. Dövlətimizin suverenliyi tam bərpa olunub, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilib. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirib. Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır”.
Spiker: Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz heç zaman unudulmayacaq
S.Qafarova qeyd edib ki, Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz unudulmur və heç zaman da unudulmayacaq. O xatırladıb ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına uyğun olaraq, artıq 6 ildir ki, ölkəmizdə “Anım Günü” qeyd edilir. “Üç gün öncə, sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Zəfər Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdilər. Həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri də Zəfər Parkında oldular. Ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirildi. Anım Gününün dərin ümummilli əhəmiyyəti var”, - deyən spker əlavə edib ki, şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüdrətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa kömək göstərir.
Daha sonra millət vəkili Ramid Namazov bəyanatın mətnini oxuyub. Bəyanatda bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil edib. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə, yeni siyasi reallıqların yaranmasına və regionda yeni geosiyasi vəziyyətin formalaşmasına gətirib çıxarıb. Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünün təmin olunması və işğal edilmiş torpaqların azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını təmin edib. Bu tarixi Qələbənin əldə edilməsi uzun illər ərzində dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, müdafiə potensialının artırılması, müasir və mütəşəkkil ordunun yaradılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi şüurunun dərinləşdirilməsi istiqamətində məqsədyönlü şəkildə aparılan işlərin nəticəsi olub.
Ən mühüm amil...
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Qələbənin ən mühüm amili Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi olub. Döyüş əməliyyatlarının gedişi şəraitində dövlət idarəçiliyinin, Ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və qarşıya qoyulmuş məqsədlərə nail olmaq qabiliyyəti mühüm rol oynayıb. Onun nümayiş etdirdiyi sərkərdəlik məharəti, sarsılmaz siyasi iradəsi və strateji düşüncəsi müəyyən olunmuş hədəflərin əldə edilməsinə müstəsna töhfə verib. Hərbi Qələbə Vətən qarşısında hərbi borcunu şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan əsgər və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilib. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətinin şahidi olub. Bir çox hərbi qulluqçular “Vətən Müharibəsi Qəhrəmanı” adına və digər yüksək dövlət mükafatlarına layiq görülüblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün canından və qanından keçmiş Azərbaycan oğullarının mərdliyi və qəhrəmanlığı xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir. “Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq mülki əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər. Cəbhə xəttindən uzaqda yerləşən şəhər və qəsəbələrə ballistik raketlər və qadağan olunmuş silahlar, o cümlədən kaset tipli döyüş sursatları ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir. Bu qanlı cinayətlər nəticəsində yüzlərlə insan, o cümlədən 100-dən çox mülki şəxs həlak olub, 450-dən çox insan yaralanıb” - deyə, sənəddə vurğulanıb.
Anım Günü azadlığımızın hansı qurbanlar hesabına əldə edildiyini xatırladır
Diqqətə çatdırılıb ki, düşmənin törətdiyi əməllərə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına riayət edib, düşmənin hərbi qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasının qarşısını almağa çalışıb.
Bəyanatda torpaqlarımızın döyüş meydanlarında qəhrəmancasına şəhid olmuş hərbçilərimizin, əsgər və zabitlərimizin, qazilərimizin canı və qanı bahasına azad edildiyi qeyd olunub. Bildirilib ki, 2020-ci ilin payızında başlanmış hərbi-siyasi proseslər üç il sonra davam etdirilib. 2023-cü il sentyabrın 19-dan 20-dək keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin fəaliyyətinə son qoyulub, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub. Azərbaycan xalqının ictimai şüurunda 27 Sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü və 20 Sentyabr - Dövlət Suverenliyi Günü mahiyyətcə fərqli məna daşıyır. Anım Günü azadlığımızın hansı qurbanlar hesabına əldə edildiyini xatırladır. Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir. Dövlət Suverenliyi Günü isə Azərbaycan dövlətinin suveren hüquqlarının onun bütün ərazisində bərpa olunduğunu ifadə edir.
Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsini, tibbi yardımını, mənzil təminatını və digər sosial məsələlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirir.
“Ölkədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ardıcıl işlər aparılır. Memorial komplekslər, abidələr və heykəllər yaradılır, küçələrə və yaşayış məntəqələrinə müharibə iştirakçılarının və qəhrəmanlarının adları verilir. Milli Məclis Vətən naminə canını qurban vermiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını təhlükəyə ataraq böyük Qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizin qəhrəmanlığını yüksək qiymətləndirir. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və qəhrəmanlığın ən yüksək təzahürü kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq, xalqımızın və dövlətçilik tariximizin şərəfli səhifəsi kimi daim xatırlanacaq. Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir”- deyə, sənəddə vurğulanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

