Tramp ideologiyasının “vurğunu” ikinci tura adladı
06.05.2025 [08:52]
General mer sağçı namizədə qarşı...
Rumıniyada keçirilən təkrar prezident seçkilərinin birinci turunda ölkədə qatı sağçı kimi tanınan, hətta millətçi hesab edilən “Rumınların Birləşməsi Alyansı”nın (AOR) lideri George Simion qalib gəlib. Rumıniya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün bülletenlər hesablandıqdan sonra o, səslərin 40,96 faizini toplayıb. Siyasətçi mütləq səs çoxluğu qazanmadığı üçün seçkilərin ikinci turu olacaq. İkinci turda Simionun rəqibi 20,99 faiz səs toplayan sağ mərkəzçi “Rumıniyanın xilası ittifaqı”nın yaradıcısı, Buxarest meri general Nikusor Dan olacaq.
Fəallıq aşağı olub...
Qeyd edək ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərin birinci turunda təxminən 9,57 milyon nəfər və ya səsvermə hüququ olan Rumıniya vətəndaşlarının ümumi sayının 53,2 faizi səs verib. Xaricdəki seçki məntəqələrində 973 min nəfər səsvermə hüququndan istifadə edib. Məlumata görə, keçirilən prezident seçkilərində fəallıq 2024-cü ildəkindən aşağıdır.
Qalib gəlmiş George Simion birinci turun nəticələrini şərh edərək, səsverməni “Rumıniya ləyaqətinin qələbəsi” adlandırıb və seçicilərə dəstəyə görə təşəkkür edib. Qeyd edək ki, Simion Rumıniyanın Moldova ilə birləşməsinin tərəfdarıdır və Ukraynaya hərbi yardımı tənqid edir - O, öz siyasi addımlarında Trampın MAGA ideologiyasının (Make America Great Again - RBC) tərəfdarı kimi xarakterizə edilir.
Antoneskudan çağırış...
Birinci turda üçüncü yeri tutan və 20,09 faiz səs toplayan “Rumıniya, İrəli” sol mərkəzçi alyansının dəstəklədiyi Krin Antonesku ikinci tura keçə bilməyib. Antonesku məğlubiyyətini etiraf edib - bu barədə Rumıniyanın “Hotnews” portalı məlumat yayıb. Seçki qərargahında tərəfdarları qarşısında çıxış edən Antonesku səsvermənin ilkin nəticələrini qəbul etdiyini bildirib və onun namizədliyini dəstəkləyən partiyalara təşəkkür edib. O, vətəndaşları mayın 18-də keçiriləcək ikinci turda iştirak etməyə çağırıb, seçicilərin iradəsinə hörmətlə yanaşdığını vurğulayıb. “Yəqin ki, ikinci turda kimi dəstəkləyəcəyimi soruşacaqsınız. Mən koalisiyanın üzvü olmamışam. Öz proqramımı, insanların səs verdiyi ideyalarımı təqdim etmişəm. Mən seçiciləri səsvermədə iştiraka çağırıram və bildirirəm ki, qalan namizədlərdən hansının oxşar ideyaları olacaqsa, həmin namizədə səs versinlər”, - Antonesku deyib.
Təsdiqlənməyən “prezident”, yeni baş nazir...
Hazırda ən mühüm sual ötən ilin sonunda baş tutan və nəticələri ləğv olunan seçki prosesində qalib gəlmiş ifrat sağçı Kalin Georgeskunun “taleyidir”. Vurğulayaq ki, bu seçkilərin qalibi Simion bildirmişdi ki, təkrar prezident seçkilərində qalib gəlsə, əvvəlki seçkilərin birinci turunda qalib gələn Georgesku bu və ya digər şəkildə hökumətdə təmsil olunacaq. Belə ki, Simion “Financial Times”a bildirib ki, seçkidə qalib gələcəyi təqdirdə, səlahiyyəti dayandırılmış namizəd Georgesku baş nazir də daxil olmaqla rəhbər vəzifələrdən birini tuta bilər.
Qeyd edək ki, 2024-cü ilin 24 noyabrında keçirilmiş prezident seçkilərinin birinci turunda sağçı Kalin Georgesku lider olmuşdu. O, seçki kampaniyası üçün rəsmi olaraq heç bir maliyyə xərci göstərmədən və əvvəlki sorğularda aşağı nəticələr əldə etməsinə baxmayaraq, 23 faizə yaxın səs toplamışdı. Dekabrın əvvəlində Rumıniya prezidenti Klaus İohannis tərəfindən deklasifikasiya olunan kəşfiyyat sənədləri, seçkilərin nəticələrinin xarici müdaxilə ilə təhrif olunduğunu ortaya qoyub. Bildirilir ki, sənədlərə əsasən 2016-cı ildə yaradılmış və uzun müddət fəaliyyətsiz qalmış təxminən 800 TikTok hesabı seçkilərdən əvvəl aktivləşərək Georgeskunun dəstəkləyən məzmunlar paylaşmağa başlayıb. Əlavə olaraq, seçkilərdən iki həftə əvvəl 25,000-dən çox “TikTok” hesabı aktivləşib və bu hesablar koordinasiyalı şəkildə Georgeskunun kampaniyasını təbliğ edib. Eləcə də, kampaniyanın “Telegram” üzərindən təşkil olunduğu və bəzi influencerlərə ödənişlər edildiyi müəyyən olunub. Seçkilər zamanı Rumıniya hökumət sistemlərinə 85,000-dən çox kiberhücum cəhdinin qeydə alınması ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlara əsaslanaraq, Rumıniya Konstitusiya Məhkəməsi 6 dekabr 2024-cü ildə seçkilərin nəticələrini ləğv edib və yeni seçkilərin keçirilməsinə qərar verib.
ABŞ və Avropa İttifaqı seçkilərin ləğvindən sonra Rumıniyada demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. ABŞ Dövlət Departamenti Rumıniyaya seçki müşahidəçiləri göndərmişdi və seçki prosesinin şəffaflığını təmin etməyə çağırış olunmuşdu. Avropa Komissiyası isə TikTok platformasından seçkilərlə bağlı məlumatları təqdim etməsini tələb etmişdi və platformada xarici müdaxilənin qarşısının alınması üçün tədbirlər görülməsini bildirmişdi.
Qatı millətçi dalğa davam edir...
Göründüyü kimi, Avropa kontingentində liberal mediasiyanın məğlubiyyəti davam etməkdədir. Vurğulandığı kimi, son iki ildə Avropanın bir sıra ölkələrdə qatı millətçi və radikal sağçı partiyalar ya hakimiyyətə gəlib, ya da hökumət koalisiyalarında mühüm rol oynamağa başlayıblar. Məsələn, 2023-cü ilin noyabrında Niderlandda keçirilən parlament seçkilərində sağ populist Azadlıq Partiyası (PVV) 37 mandat qazanaraq parlamentdə ən böyük fraksiya olmuşdu. 2024-cü ilin mayında bu siyasi qüvvə digər təşkilatlarla birgə koalisiya hökuməti qurdu. Bu hökumət Avropada ən sağçı hökumətlərdən biri kimi qiymətləndirilir.
Eləcə də Avstriyada 2024-cü ilin sentyabrında keçirilən parlament seçkilərində radikal sağçı Azadlıq Partiyası (FPÖ) 28.8 faiz səs toplayaraq birinci olmuşdu. Bu, İkinci Dünya Müharibəsindən sonra Avstriyada ilk dəfə radikal sağ partiyanın seçkilərdə qalib gəlməsi idi. 2022-ci ilin sentyabrında İtaliyada keçirilən seçkilərdə Georgiya Meloninin rəhbərlik etdiyi “İtaliyanın Qardaşları” (FdI) partiyası qalib gələrək koalisiya hökuməti qurdu. Meloni İkinci Dünya Müharibəsindən sonra İtaliyanın ilk qadın baş naziri və ən sağçı lideri kimi tarixə düşdü. Finlandiyada isə Koalisiya Partiyası (NCP) və radikal sağçı Finlər Partiyası (Finns Party) koalisiya hökuməti qurub. 2024-cü ilin iyununda Belçikada keçirilən parlament seçkilərində sağ mərkəzçi Yeni Flaman Alyansı (N-VA) və radikal sağçı “Vlaams Belang” partiyaları ön sıralarda yer aldı. Rumıniya da daxil olmaqla bu və digər nümunələr göstərir ki, son illərdə Avropada radikal sağ və qatı millətçi partiyaların təsiri artmaqdadır. Bu partiyalar, miqrasiya, milli suverenlik və AB-yə qarşı skeptik mövqeləri ilə seçicilərin dəstəyini qazanırlar.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39

