Azərbaycan real addımlar gözləyir
15.05.2025 [10:36]
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses nəticəyə yaxınlaşır - artıq bir neçə aydır ki, sənədin detalları ilə bağlı tam razılıq əldə edilib. Hətta bir müddət öncə fikir ayrılığı yaşanan maddələr də 3 aya yaxındır ki, həllini tapıb. İllərdir özünün qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan tərəfi də artıq müəyyən sülh anonsları səsləndirir. Bu, rəsmi İrəvanın artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul etməsi kimi dəyərləndirilsə də, Bakı qarşı tərəfdən real addımlar gözləyir. Başqa sözlə, sülhün həm əbədi, həm də dayanıqlı olması üçün Ermənistan üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.
Sülh sazişi mətni yekunlaşıb
Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq addımlardan biri Ermənistanın manipulyasiyalardan əl çəkərək özünün əsassız iddialarını unutması, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymasıdır - başqa sözlə, Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Digər məqam isə, vaxtilə “münaqişə”nin tənzimlənməsi üçün yaradılmış və artıq heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələnin İrəvan tərəfindən dəstəklənməsidir. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər isə qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll olunan bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.
Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da jurnalistlərə müsahibəsində deyib ki, bir neçə istiqamət kontekstində martda Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb: “Azərbaycanın Ermənistan tərəfindən bəlli bir legitim gözləntiləri var. Həmin gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların Ermənistan Konstitusiyasından çıxarılması, o cümlədən uzun illər tamamilə iflic bir vəziyyətdə olan və münaqişənin tamamlanması ilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir. Bu istiqamətdə prosesləri izləyirik, təmaslar var. Ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir”.
Konstitusiya dəyişməlidir!
Qeyd edildiyi kimi, Azərbaycanın məsələyə münasibəti birmənalıdır. Dayanıqlı sülh yalnız və yalnız Ermənistanın əsas sənədində dəyişiklik edildikdən sonra imzalanacaq. Artıq bir müddətdir ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı məsələnin müzakirə olunması ilə bağlı da xəbərlər yayılır. Ermənistanın ayrı-ayrı rəsmi şəxsləri bu dəyişikliyin həm zəruri, həm də vacib olduğunu etiraf ediblər. Amma real addımlar nəzərə çarpmır. Rəsmi İrəvan anlayır ki, məsələnin bir həlli var - konstitusiyada yer alan bu əsassız iddiaların aradan qaldırılması. Azərbaycan dövləti hər zaman bəyan edib ki, Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var və bu, konstitusiyanın tərkib hissəsidir. Sülh üçün bu iddia aradan qaldırılmalıdır. Ermənistan öz konstitusiyasından bu istinadı aradan qaldırmadıqca gələcək illərdə yenidən revanşizm arzusuna düşə bilər. Beləliklə də, vəziyyət yenidən gərginləşə bilər. Bunun baş verməməsi üçün Ermənistan konstitusiyasındakı Azərbaycan torpaqlarına rəsmi iddiaların hər biri aradan qaldırılmalıdır.
Ermənistan tərəfi isə yeni konstitusiya layihəsi üzərində iş aparıldığını bildirir. Ötən həftə Ermənistanın ədliyyə naziri Srbuhi Qaloyan parlamentdə keçirdiyi brifinqdə bildirmişdi ki, Ermənistan yeni Konstitusiya layihəsi üzərində işləyir və bu layihə 10 ay ərzində hazır olacaq. Qaloyan konstitusiyanın yeni mətnində müstəqillik bəyannaməsinin xaric edilib-edilməməsi məsələsinin hələ müzakirə olunduğunu söyləyib. “Biz müxtəlif variantları müzakirə edirik, amma mətn hələ də hazırlanır. Konsepsiya eynidir, bu konsepsiya çərçivəsində müxtəlif normalar üzrə müzakirələr aparılır,” - deyə nazir əlavə edib. Nazir həmçinin bu məsələnin referendumda müzakirəyə çıxarılma vaxtı ilə bağlı hələlik dəqiq bir məlumatın olmadığını bildirib.
ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur
Paralel olaraq eyni məsələni ATƏT-in Minsk qrupu ilə bağlı demək olar. Azərbaycan haqlı olaraq bildirir ki, Qarabağ münaqişəsinin bitməsi Minsk qrupunun da fəaliyyətini yekunlaşdırır. ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində vasitəçi mexanizm kimi formalaşdırılmışdı. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll olunan bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur. Bu il aprelin 25-də Prezident İlham Əliyev ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edərkən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını demişdi və Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd etmişdi.
Beləliklə, Ermənistan bu kimi addımları ləngitməklə ümumi prosesi gecikdirir. Konstitusiya ilə bağlı məsələləri tezləşdirmək, ATƏT-in Minsk qrupunun ləğvi məsələsinin reallaşması üçün atılası zəruri addımları həyata keçirmək İrəvanın özü üçün müsbət bir hal yaradacaq - çünki Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. İmzalanacaq sülh Cənubi Qafqazın yeni dönəmdə stabil və sabit məkan kimi inkişafına yol açacaq, qlobal layihələrdəki iştirakımızı rəsmiləşdirəcək. Bir sözlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu sülh layihəsinin prioritet istiqamətləri həm də Cənubi Qafqaz üçün, daha çox isə Ermənistan üçün inkişaf tempi perspektivi vəd edir.
İkitərəfli təmaslar davam edir...
Qeyd olunmalıdır ki, sülh prosesinin ən mühüm detallarından biri kimi önə çıxan delimitasiya və demarkasiya işləri davam etdirilir. 2023-cü ilin payızından etibarən Ermənistan ilə Azərbaycan arasında müvafiq delimitasiya komissiyaları çərçivəsində baş tutan görüşlər, aparılan müzakirələr və əldə edilən razılaşmalar bir faktı önə çıxarıb - üçüncü tərəfin iştirakı olmadan razılıq əldə etmək imkanları daha böyükdür. Davam edən prosesdə iki ölkənin müvafiq dövlət strukturları arasında birgə açıqlama yayılıb, aprel ayında dövlət sərhəddinin müəyyən hissəsinin delimitasiya və demarkasiyası ilə bağlı razılaşma əldə olunan və icra edilib, nəhayət komissiyaların birgə fəaliyyəti haqqında” Əsasnamə qəbul edilib. Münasibətlərin normallaşması prosesində mühüm bir ştrix sayılan sərhədlərin delimitasiyası və demarkasiyasında əldə olunan razılıqlar isə sülh üçün zəmin formalaşdırır. XİN rəhbəri Ceyhun Bayramov açıqlamasında bu məsələyə də toxunub. Bildirib ki, delimitasiya prosesi ilə bağlı bu il artıq bir neçə təmas olub: “Bildiyimiz kimi delimitasiya üzrə iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə komissiyalar mövcuddur. İşlər davam edir və düşünürəm ki, orada təmaslar olacaq. Digər istiqamət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

