Fransa beynəlxalq hüquq normalarını pozur
02.08.2025 [12:33]
Bu ölkənin Milli Assambleyasında Azərbaycana qarşı yönəlmiş qətnamə erməni maraqlarına xidmət edir
Fransa ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirir. Bir neçə gün öncə Fransa Milli Assambleyasında Azərbaycana qarşı yönəlmiş qətnamə layihəsinin irəli sürülməsi bunun növbəti göstəricisidir. Qətnamə layihəsi bir daha bu ölkədənin ermənipərəst mahiyyətini açıq şəkildə ortaya qoyur. Sənəddə regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir və ölkəmiz əleyhinə yalan ittihamlar ortaya atılır.
Fransa Cənubi Qafqazda sülh istəmir
Görünən odur ki, Azərbaycanla Ermənistan arasında, xüsusən liderlərin Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir.
Xatırladaq ki, Milli Məclis Korsika Xalqına Dəstək Qrupu məsələ ilə bağlı bəyanat vermişdi. Bəyanatda qeyd olunduğu kimi, Yeni Kaledoniya ilə Fransa arasındakı sonuncu razılaşmalar artıq Yeni Kaledoniyanın bir dövlət kimi formalaşma istiqamətində inamla irəlilədiyini göstərir. Belə bir vəziyyətdə vətəndaş cəmiyyəti təsisatı və qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyaya göstərdiyi dəstək Fransanı olduqca qıcıqlandırır. Əminliklə demək olar ki, Fransa tərəfi Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə özünəməxsus üslubda - həmin qətnamə layihəsi ilə cavab verməyə çalışır.
Bütövlükdə, Fransa Milli Assambleyasında indiyədək ölkəmiz əleyhinə qəbul edilmiş qətnamələrin mahiyyəti bundan ibarətdir ki, rəsmi Paris Cənubi Qafqazda sülh gündəliyindən tamamilə kənarda qalmasını həzm edə bilmir. Bu səbəbdən də bütün vasitələrdən istifadə edərək regionda vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bütün bunlara ən böyük dəstəyi də erməni lobbisi və ermənipərəst dairələr verir. Digər vacib bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizə qarşı atılan bu kimi addımlarda bir-biri ilə əlaqəli olan vahid bir şəbəkənin fəaliyyəti özünü aydın şəkildə büruzə verir. Müəyyən qüvvələrin maraqlarını reallaşdırmağa çalışan həmin şəbəkənin ayrı-ayrı ünsürləri İsveçrə parlamentində, Fransa parlamentində, ABŞ Konqresində müxtəlif təxribatlar ortaya ataraq regiondakı sülh gündəliyini pozmağa çalışırlar. Lakin onlar bilməlidirlər ki, bu kimi təxribatlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə təsir göstərə bilməz və Cənubi Qafqaz regionunda baş verən proseslərə xarici müdaxilələrə heç bir halda icazə verilməyəcək.
Avropa Azərbaycan Mərkəzi bəyanat verib
Yeri gəlmişkən, Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi də Fransa Milli Assambleyasında irəli sürülmüş növbəti qərəzli və əsassız qətnamə layihəsi ilə bağlı bəyanat yayıb. Qətnamə ilə bağlı dərin narahatlığın ifadə edildiyi bəyanatda onun beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının suveren hüquqlarına müdaxilə xarakteri daşıdığı və siyasi motivasiyalı təşəbbüs kimi qiymətləndirilməli olduğu vurğulanıb. Bildirilib ki, qətnamədə Azərbaycanın guya etnik təmizləmə və soyqırımı həyata keçirməsinə dair səsləndirilən ittihamlar Soyqırımının qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya və beynəlxalq cinayət hüququna tamamilə ziddir. Azərbaycan öz suveren ərazisində həyata keçirdiyi antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüquqa, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının IV Konvensiyasına tam əməl edib, mülki əhalinin müdafiəsini təmin edib və bölgəni könüllü şəkildə tərk edən erməniəsilli şəxslərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün dəfələrlə çağırış edib.
Paris revanşizmi təşviq edir
Bundan başqa, həmin qətnamədə Ermənistanın guya “sülh tərəfdarı” kimi təqdim olunmasının BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin müddəalarına zidd olduğu bəyanatda vurğulanıb. BMT Təhlükəsizlik Şurası qətnamələrinin 30 ilə yaxın müddətdə yerinə yetirilmədiyi halda Fransa Milli Assambleyasının qəbul etdiyi sənəddə Qərbi Azərbaycandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququna dair heç bir qeydin yer almaması 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiyanın və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü və 17-ci maddələrinin açıq şəkildə pozulması olduğu bildirilib.
Bəyanatda Fransanın Cənubi Qafqaz regionunda neytral vasitəçi yox, tərəf kimi çıxış etməsinin, Ermənistanı hərbi sursatla təmin etməsi və revanşist qüvvələri təşviq etməsinin BMT Nizamnaməsinin 1-ci və 33-cü maddələrində təsbit olunmuş sülhün təşviqi və münaqişələrin dinc yolla həlli prinsipləri ilə ziddiyyət təşkil etməklə yanaşı, regional təhlükəsizliyə və sabitliyə təhdid yaratdığı, sülh səylərinə zərbə vurmaq məqsədi daşıdığı qeyd olunub. “Avropa Azərbaycan Mərkəzi beynəlxalq hüququn təməl prinsiplərinə və BMT Nizamnaməsinə hörmətin təmin olunmasını bölgədə ədalətli və davamlı sülhün bərpası üçün əsas şərt hesab edir. Biz Fransa parlamentini və siyasi dairələrini qərəzli mövqedən əl çəkməyə, beynəlxalq hüquqa sadiq qalmağa və Azərbaycanın suveren hüquqlarına hörmət etməyə çağırırıq”, - deyə bəyanatda vurğulanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22

