Fransada hakimiyyət savaşı başladı...
22.04.2026 [09:57]
Fransada 2027-ci ildə növbəti prezident seçkilərinin keçirilməsinə hələ xeyli vaxt qalsa da, ölkənin siyasi çevrələrində, əslində, hakimiyyət savaşının başladığı açıq-aydın hiss olunur. Siyasi elitanın olimpinə yüksəlmək istəyən qüvvələr həm iqtidar komandasında, həm də müxalifət düşərgəsində yer alırlar.
İndiki iqtidarın iddialı üzvləri müxtəlif təşəbbüslər irəli sürməklə komanda daxilində fərqlənib önə çıxmaq və cəmiyyətin rəğbətini qazanmaq niyyətindədirlər. Paralel şəkildə, müxalifətin fəallığını artırdığı müşahidə olunur. Ayrı-ayrı siyasi partiyaların nümayəndələri anlayırlar ki, Yelisey Sarayına gedən yolda mübarizə sərt olacaq. Buna görə də indidən qüvvələrini səfərbər etməyə, tərəfdarlarının sayını artırmağa çalışırlar. Siyasi qüvvələrin seçkiyə koalisiya formasında getmək ehtimalı da müzakirə olunan variantlar sırasındadır.
Erkən seçki hazırlıqlarının “qırmızı xətti”
Fransada erkən başlayan hakimiyyət mübarizəsinin “qırmızı xətti”ni isə müxtəlif düşərgələrin məhz Makronsuz eraya hazırlaşmaları təşkil edir. Makronun növbəti seçkilərdə iştirak etməyəcəyi bəllidir - buna onun hüquqi əsası yoxdur.
Əlbəttə, Makronsuz dönəmdə də indiki siyasi kursu davam etdirmək mümkün olardı. Ancaq indi bu variant yalnız nəzəri ehtimal kimi görünür. İzlənilən proseslər onu deməyə əsas verir ki, Fransada 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərindən sonra yeni siyasi dönəmin başlayacağı qaçılmaz olacaq. Analitik dairələrin mütəxəssisləri müşahidələrə və reytinq sorğularının nəticələrinə əsaslanmaqla bildirirlər ki, 2027-ci il seçkilərinin nəticələrinə görə ölkədə yalnız Makron iqtidarı yeni komanda ilə əvəzlənməyəcək, paralel şəkildə Yelisey Sarayının siyasi kursu dəyişəcək.
Belə proqnozlar Makronun iki prezidentliyi dönəmində həyata keçirdiyi siyasət əsasında formalaşıb. Etiraf olunur ki, Yelisey Sarayının indiki komanda ilə apardığı siyasət uğursuzdur. Ölkə bəhs olunan dövrdə iqtisadi çətinliklərlə üzləşib, dərin hökumət böhranı yaşanıb. Ölkə iqtisadiyyatının xarici təsirlərə həssaslığı pik həddə çatıb. Bu, Yaxın Şərq münaqişəsi fonunda daha aydın görünür. Fransa hökuməti 2026-cı ildə büdcə kəsirinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması məqsədilə təxminən 6 milyard avro məbləğində xərcləri dondurmaq niyyətindədir. Yeli KİV-in məlumatına görə bu barədə ölkənin Baş naziri Sebastyan Lekornunun aprelin 21-də kabinet üzvlərinə göndərdiyi məktubda qeyd olunub. Onun qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişənin nəticələri dövlət maliyyəsinə əhəmiyyətli təzyiq göstərib. Planlaşdırılır ki, təxminən 4 milyard avro ixtisarlar mərkəzi hökumətin xərclərinə, daha 2 milyard avro isə sosial təminat sisteminə aid olacaq.
Beləliklə, iqtisadi imkanların azalması sosial siyasətə ciddi təsir göstərir. Xüsusilə də aztəminatlı təbəqənin, pensiyaçıların, aqrar sahədə çalışanların problemləri artıb.
Eyni zamanda, Fransa Makron iqtidarı dönəmində xarici siyasətdə davamlı şəkildə uğursuzluqlara düçar olub. Makronun ölkə daxilində reytinqinin hədsiz dərəcədə aşağı düşdüyü aparılan müxtəlif rəy sorğularında dəfələrlə təsdiqlənib. Ona həmçinin xarici dairələrdə də adekvat münasibət bəslənilmir. Əksinə, Makron bir sıra hallarda lağ obyektinə çevrilməsi ilə bütövlükdə Fransanın nüfuzuna xələl gətirir. Bir vaxtlar Fransa Avropa İttifaqının lokomativi sayılırdı. Son on ildə isə bu mövqe tədricən itirilib. Makronun siyasəti həmçinin müstəmləkə ölkələrində də iflasa uğramaqdadır. Son illərdə həmin ölkələrdə “Rədd ol. Fransa!” şüarları tez-tez səslənir. Artıq Yelisey Sarayı bir sıra ərazilərdə təsir imkanlarını itirib.
İki seçki, iki siyasi iflas
Yelisey Sarayının indiki kursundan imtina həmçinin Makron iqtidarının siyasi iflası ilə şərtlənir. Bu iflas xüsusilə Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən son seçkilərdə özünün pik həddinə çatdı. Necə deyərlər, iqtidar komandası iki seçkidə iki siyasi iflasın acısını yaşamaq məcburiyyətində qaldı. Xatırladaq ki, Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəldi. Həmin seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qazandı. Makronun mərkəzçi adlandırılan koalisiyası isə 20,76 faiz səslə yalnız üçüncü yerlə kifayətlənməli oldu.
Makronun komandası dalbadal iki məğlubiyyətdən sonra üçüncü seçki cəhdinə - Milli Assambleyaya seçkilərin ikinci turuna saxtakarlığa, siyasi oyunbazlığa qol qoymaqla hazırlaşdı. Belə ki, Yelisey Sarayından gələn siyasi sifariş əsasında sağçıların ikinci turda mütləq qələbəsini əngəlləmək məqsədilə planlar quruldu - solçuların üstünlük təşkil etdikləri dairələrdə mərkəzçilər, mərkəzçilərin üstünlük təşkil etdikləri dairələrdə isə solçular namizədliklərini geri götürdülər və 200-dən çox namizəd ikinci tur seçkilərinə qatılmadı. Bu seçki oyunu prezident koalisiyasına müəyyən üstünlüklər yaratmaqla mərkəzçi düşərgədən birinci turla müqayisədə daha çox namizədin qalib gəlməsinə yol açsa da, Makronun parlamentdə mütləq səs çoxluğuna nail olmaq istəyini təmin etmədi. Mərkəzçilər ikinci turun nəticələrinə görə Mari Le Penin partiyasını üstələsələr də, yalnız ikinci yerlə kifayətlənməli oldular.
Makron iqtidarının son illərdə ardıcıl olaraq hökumət böhranı ilə üzləşməsinin ən əsas səbəblərindən biri də məhz seçkilərdəki iflasla bağlıdır. Parlamentdə mütləq çoxluğunun təmin edilməməsi hakimiyyət üçün xüsusilə də vacib qərarların qəbul olunmasında ciddi çətinliklər yaradır. Buna görə də Makron bir sıra hallarda qərarları kjonstitusiyanın tələblərini pozmaqla verir ki, bu da cəmiyyətdə hüququn, demokratiyanın pozulması kimi qəbul edilir və hakimiyyətə qarşı narazılıqları artırır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09

