Qəzzada müharibə bitəcək?
28.08.2025 [09:39]
ABŞ Prezidenti Donald Tramp Qəzzada mövcud vəziyyətə yenidən toxunub. Belə ki, o, jurnalistlərə açıqlamasında Qəzzada döyüşlərin yaxın həftələrdə bitəcəyini bildirib. Onun sözlərinə görə, yaxın iki-üç həftə ərzində Qəzzada yeni proseslər müşahidə olunacaq - belə demək mümkünsə, uzunmüddət aparılan danışıqların müsbət nəticələri ortaya çıxacaq. ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu istiqamətdə mütəmadi əlaqə saxladığını da vurğulayıb. Qeyd edək ki, bir müddət bundan əvvəl - iyulun ortalarında Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında Tramp jurnalistlərlə söhbətində eyni fikirləri səsləndirmişdi - Ağ Evin rəhbəri Fələstin anklavında atəşkəslə bağlı danışıqların gedişatı barədə sualı cavablandırarkən bildirmişdi ki, bölgədə vəziyyət bir həftə ərzində həll olunacaq. Bundan əvvəl - iyulun 9-da Tramp Ağ Evdə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri ilə görüşündə də qeyd etmişdi ki, İsrail, ABŞ və HƏMAS Qəzzada atəşkəsin təmin olunması və girovların azad edilməsi üçün razılaşmaya yaxınlaşıblar - “Deyə bilərəm ki, biz Qəzza ilə bağlı razılaşmaya çox yaxınlaşmışıq. Biz atəşkəs, sülh və girovların qaytarılmasını istəyirik və hesab edirəm ki, buna yaxınıq”. Trampın ümidverici bəyanatlarına baxmayaraq, Qəzzada müharibə hələ də davam edir, hələ də danışıqlarda atəşkəs və girovların qaytarılması ilə bağlı heç bir nəticə əldə olunmayıb və münaqişə tərəfləri hələ də ortaq məxrəcə gələ bilmirlər. Maraqlıdır, görəsən, bunun səbəbləri nə ilə bağlı ola bilər? Münaqişənin davam etməsində hansı tərəf günahkardır? Qəzzada atəşkəsin təmin olunması, vəziyyətin sabitləşməsi üçün hansı həll variantları irəli sürülə bilər?
Münaqişə tərəflərinin şərtləri bir-biri ilə uzlaşmır
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qəzzada müharibənin davam etməsi bir sıra amillərlə bağlıdır. “ABŞ Prezidenti Donald Trampın “Qəzzada döyüşlərin yaxın 2-3 həftə ərzində bitə biləcəyini” söyləməsi ümidverici olsa da, müharibənin davam etməsinin arxasında çox ciddi səbəblər dayanır. Bu səbəblərdən ən önəmlisi isə uyğun mərhələli razılaşmanın olmamasıdır. 2025-ci ilin yanvarında üç mərhələli atəşkəs razılaşması əldə edildi: 1-ci mərhələdə məhdud əsir dəyişməsi və yardım təminatı, 2-ci mərhələdə tam müharibənin bitməsi, 3-cü mərhələdə isə Qəzzanın bərpası nəzərdə tutulmuşdu . Lakin bu razılaşma ilə irəliləyiş əldə olunmadı, çünki İsrail yeni sülhməramlı “Witkoff planı” təklif etdi. HƏMAS isə ilkin razılaşmanın davam etməsinin tərəfdarı idi,” - deyə V.Zifəroğlu əlavə edib ki, münaqişə tərəflərinin tələbləri bir-biri ilə uzlaşmır. “HƏMAS atəşkəs üçün İsrail qoşunlarının bölgədən tam geri çəkilməsini, müharibənin qəti dayandırılmasını tələb edir. İsrail isə həm girovların azad edilməsini, həm də HƏMAS tərəfindən beynəlxalq hüquqi cavabdehliyin ortaya qoyulmasını istəyir. Başqa bir önəmli səbəb İsrailin öz daxilində gedən proseslərlə bağlıdır. İsrailin siyasi liderləri - xüsusən Netanyahu və onun ultrasağ partiya koalisiyası- Qəzzadakı müharibədən daxili siyasi dəstək üçün bir vasitə kimi istifadə edirlər”.
Qarşılıqlı etibar yoxdur
“ABŞ və digər dövlətlərin təklif etdiyi uzunmüddətli planlar isə ya həyata keçirilməyib, ya da çox gecikib. Qətər və Misir vasitəçiliyi ilə bir neçə atəşkəs təklifi irəli sürülüb, amma İsrail bu planlara ya müvafiq cavab verməyib, ya da onları az bir müddət sonra dəyişdirib . Avropa ölkələrinin Fələstin dövlətçiliyini tanıması kimi hərəkətlər də danışıqların son mərhələsini çətinləşdirir,” - deyə V.Zifəroğlu vurğulayıb ki, hər iki münaqişə tərəfinin bir-birinə inamı yoxdur: “7 oktyabr” hadisəsi həm İsrail, həm də Fələstin tərəfi üçün emosional cizgidir və qarşıdurmanı daha da dərinləşdirir. Tramp da məhz bu amilin atəşkəsə mane olduğunu vurğulayır. Faktiki olaraq vasitəçi dövlətlər (ABŞ, Qətər, Misir) birtərəfli təzyiqlərlə dərin diplomatik həll yaratmağa çalışsa da, müqavimətlə üzləşiblər. Real vəziyyət onu göstərir ki, müharibənin bitməsi üçün yalnız şəxsi istəklər yetərli deyil, həm də dərin siyasi koordinasiya, güvən artırıcı mexanizmlər, humanitar prinsiplərə sadiqlik və real strukturlaşdırılmış plan tələb olunur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

