Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

28.09.2026 [12:12]

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yük avtomobillərinin sürücülərinə çağırış ünvanlayıb.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.

Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladılıb. İlk növbədə sürücülərdən:

- yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri;

- ara məsafəsini düzgün seçmələri;

- ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri;

- yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri;

- nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri;

- iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri;

- sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri;

- hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.

BDYPİ sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30