Müttəfiqlər “B” planına start verir?
05.04.2022 [10:30]
ABŞ nüvə silahlarını Polşaya yerləşdirərsə...
Türkiyədə baş tutan Rusiya-Ukrayna danışıqlarında qismən də olsa razılığın əldə edilməsi münaqişənin yekunlaşması ümidi yaratdı. Hətta Rusiya xarici işlər naziri Lavrov belə danışıqlar yolu ilə müəyyən qarşılıqlı güzəştlərin mümkünlüyünü dilə gətirdi. Bir sözlə, sülhün “qapını döydüyünə” ümid yarandığı anda Qərb yenidən öz ambisiyasını ortaya qoyur: qlobal dünya müharibəsi təhlükəsi qaçılmazdır. Rusiya bu və ya digər şərtlər altında ərazilərdən geri çəkilməyə başlasa da, Qərbin qarşıdurma istəyi bunun önünə “sədd” çəkməyə başlayır. Müharibənin geostrateji anlamda miqyasını genişləndirmək və dünyada yeni iqtisadi münasibətlər formalaşdırmaq üçün yeni planlar cızılır.
Pərviz SADAYOĞLU
Kaçinski Alyansı şərqə yönəldir
Məsələn, Ukraynanın NATO-ya daxil olmasını özünün “qırmızı xətti” adlandıran Rusiyanı yeni bir qarşıdurmaya cəlb etmək üçün Alyans fərqli addımlar atmaqda, fərqli açıqlamalar verməkdədir. Qurum bir müddət öncəyə qədər müharibəyə qoşulmayacağını iddia edirdisə, artıq deyəsən bu fikirdən daşınıb. Polşanın baş nazirinin müavini Yaroslav Kaçinskinin açıqlamaları da bunu təsdiqləyir. Kaçinski bildirib ki, Polşa öz ərazisində ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır. Varşava bu məsələdə Vaşinqtonun təşəbbüsünü gözləyir. Rusiya mətbuatının “Spiegel”ə istinadən yaydığı xəbərdə göstərilir ki, Polşanın baş nazirinin müavini deyib ki, əgər amerikalılar bizdən nüvə silahlarını Polşada yerləşdirməyi xahiş etsələr, buna razılaşarıq. Bu, Rusiya təhlükəsini xeyli neytrallaşdırar. Y.Kaçinski əlavə edib ki, hələlik ABŞ-ın nüvə silahlarının Polşada yerləşdirilməsi barədə müzakirələr aparılmır, lakin “vəziyyət tezliklə dəyişə bilər”. Onun fikrincə, belə bir təşəbbüs Vaşinqtondan gəlməlidir. Polşa baş nazirinin müavini ölkəsində NATO-nun operativ komandanlıq mərkəzinin yaradılmasına da çağırış edib. Onun sözlərinə görə, bu, Rusiyaya alyansın liderlik səviyyəsinin həm də şərqdə mövcud olduğuna dair siqnal olacaq. Bundan əlavə, o hesab edir ki, Alyans rəsmi Kiyevi Zelenskinin tələb etdiyindən daha çox silahla təmin etməlidir. Bütün bunlar isə Kaçinski və onu dəstəkləyənlərin müharibəni sonlandırmaq deyil, davam etdirmək niyyətində olduğunu bir daha ortaya qoyur.
Amerikalı general planı açıqladı...
Kaçinskinin önə sürdüyü “yeni təhlükə” adlı “B” planı artıq digər kanallar vasitəsilə də gündəmə gətirilir. Məsələn, ABŞ-ın Avropa Ordusunun keçmiş komandanı, general Ben Hodges də KİV-lərə müsahibəsində Putinin qoşunlarını bu ərazilərdən çıxarmağa razılıq verməsinin səbəblərindən danışarkən deyib: “İndi onlar geri çəkilməyə, yenidən təşkil olunmağa, növbəti “mərhələ” üçün yenidən qruplaşmağa çalışırlar. Fikrimcə, hazırda baş verənlər bundan ibarətdir. Deməli, bu, geri çəkilmə deyil”.
General bildirib ki, yaxın üç həftə müharibədə həlledici olacaq: “Üç həftə ərzində Ukrayna Kremli əzəcək. Müttəfiqlər Ukraynanın irəli getməsi üçün daha çox kömək etməli və Ukraynanın istədiyi hər şeyi təcili şəkildə təmin etməlidirlər. Əgər biz kömək etməsək, ruslar toparlanmağa başlayacaq, yeni silah-sursat gətirəcək, səhvlərini anlayacaq və yeni hücuma keçəcəklər. Ona görə də hazırda bu kampaniyanın kritik mərhələsindəyik”.
Bu fakt da NATO-nun Ukrayna problemini sülh yolu ilə tənzimləmək fikrindən uzaq olduğunu göstərir. Amerikalı general müharibənin gedişi ilə bağlı yeni anonslar səsləndirməklə yanaşı, qarşıdurmanın yeni tərəfləri haqda fikir yürüdüb. Müttəfiqlər artıq rəsmi Kiyevin arxasından deyil, Rusiyanın qarşısında danışmağa başlayacaqlar.
Polşanın baş naziri Mateuş Moravetskinin Rusiyanın Ukrayna ərazisinin üçdəbirini tutmağa çalışacağı ilə bağlı bəyanatını şərh edən general həm də onu qeyd edib ki, Moskvanın arzusu budur: “Amma onlar artıq dayandırılıb. Ona görə də qarşıdakı üç həftə çox vacibdir. Biz Ukraynanın irəli getməsinə və Rusiyanın boynunu qırmasına kömək etməliyik ki, 2-3 ildən sonra eyni şeyi təkrarlamasın”.
Demək ki, Qərb Rusiyanı tam çökdürməyə niyyətlənib. Qarşıdakı dövrdə yenidən “eyni şeyi təkrarlayacağı” bəhanə gətirilir və Moskvaya “yeri göstərilir”. Bu “yer”in sərhədləri isə Qərb - Rusiya mübarizəsinin yeni “qırmızı xətti” ola bilər...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28

