Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

24.09.2026 [19:42]

Bolqarıstan neft məhsullarının ixracına dair məhdudiyyətləri ləğv edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Bolqarıstan Parlamenti ölkənin ən böyük neft emalı zavodunu idarə edən Rusiyanın “LUKoil” enerji şirkətinə qarşı sanksiyalardan sonra 2025-ci il oktyabrın 31-də neft məhsullarının ixracının tətbiqinə başlanılan məhdudiyyətləri ləğv edib. Parlamentdə keçirilən səsvermədə neft məhsullarının xarici bazarlara, əsasən Avropa İttifaqı ölkələrinə ixracına və Aİ daxilində çatdırılmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan tənzimləmə 121 səslə təsdiqlənib.

Yeni qayda dizel və aviasiya yanacağının Aİ ölkələrinə və digər xarici bazarlara ixracının bərpasına yol açır.

Məhdudiyyətlərin aradan qaldırılması üçün əsaslandırma ABŞ və Böyük Britaniya tərəfindən Bolqarıstandakı “LUKoil” şirkətlərinə və Burqasdakı “LUKoil Neftohim” neft emalı zavoduna verilən xüsusi lisenziyalar və istisnalara istinad edilib.

Böyük Britaniya “LUKoil” şirkətlərinin Bolqarıstanda fəaliyyət göstərməsi üçün lisenziyanı 2026-cı il oktyabrın 29-dək uzatmışdı.

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30