QARA DƏNİZDƏ VURULAN PUA-nın SİRRİ
18.03.2023 [11:15]
Üçüncü dünya müharibəsinin baş vermə risklərindən danışarkən, Rusiya və ABŞ münasibətləri barədə son vəziyyəti incələməyə ehtiyac duyulur. Ukrayna savaşı uzanır, tərəflərin bütün resursları tükənməyə doğru gedir, Qərb Rusiyaya silah sata biləcək ölkələri sanksiyalarla hədələyir, Rusiya Şərqi Avropa ölkələrinə barmaq silkələyir. Ukraynanın Qara dəniz sahilləri yaxınlığında Rusiya və NATO-ya məxsus döyüş təyyarələri, hərbi gəmilər, pilotlu və pilotsuz uçuş aparatları az qala burun-buruna dayanıb.
Üstəlik, hər iki tərəf minlərlə nüvə başlığına malikdir. Bütün bunlar hər an III Dünya müharibəsinin başlaya biləcəyi riskini doğurur.
Bu baxımdan martın 14-də Qara dəniz üzərində ABŞ-ın sensor müşahidə texnologiyaları ilə təchiz olunmuş 30 milyon dollarlıq “MQ-9 Reaper” pilotsuz uçuş aparatı ilə Rusiyanın “Su-27” döyüş təyyarəsi arasında baş verən insident məlum gərginliyin artmasına səbəb olub.
ABŞ və Rusiya rəsmiləri isə hadisə ilə bağlı ziddiyyətli versiyalar irəli sürür. ABŞ iddia edir ki, Rusiya qırıcısı onların “Reaper” pilotsuz təyyarəsi ilə toqquşub və onun Qara dənizə düşməsi rus donanmasının qeyri-peşəkar müdaxiləsi ucbatından baş verib. ABŞ-ın Avropa Komandanlığının bəyanatında bildirilir ki, məlum toqquşmadan əvvəl rusiyalı pilotlar Amerika təyyarəsinin üzərinə yanacaq tökərək “ehtiyatsız və qeyri-peşəkar şəkildə” onu sıradan çıxarmağa çalışıblar.
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Ceyms Hekker deyib: “Bizim “MQ-9” təyyarəmiz beynəlxalq hava məkanında adi missiyasını yerinə yetirirdi. O, Rusiya təyyarəsi tərəfindən ələ keçirilərək vuruldu və nəticədə “MQ-9” qəzaya uğrayıb tamamilə itdi”.
Rusiya Müdafiə Nazirliyi isə “Su-27” ilə ABŞ-ın pilotsuz təyyarəsi arasında hər hansı əlaqə olması iddiasını təkzib edərək, PUA-nın öz-özünə yerə düşdüyünü iddia edir. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov da öz növbəsində Moskvanın bu hadisəni “təxribat” kimi qiymətləndirdiyini, ölkəsinin ABŞ-la hər hansı qarşıdurma yaşamaq istəmədiyini bildirib.
Qara Dəniz savaş zonasına çevrilir
Söz yox ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Moskva ilə Vaşinqton arasındakı gərginliyi əməlli-başlı artırıb. Bu gərginlik isə Qara dənizi potensial müharibə zonasına çevirib. Həm də bu hadisə Qara dənizdə yaşanan ilk insident deyil. Rusiya Ukrayna gəmilərini öz limanlarında həbs etdikdən sonra Ukrayna Qara dənizdəki Rusiya hərbi gəmilərinə, o cümlədən Rusiya Qara Dəniz Donanmasının flaqmanı “Moskva” kreyserinə hücum etmişdi.
Lakin martın 14-də baş verən olayla bağlı hələlik konkret nəticəyə gəlmək olmur. “Rand Corporation”ın 2021-ci ilə dair onlarla döyüş insidentini təhlil edən araşdırmasında bu kimi toqquşmaların “məcburi siqnal” adlandırılan siyasi məsələ olduğu fikri irəli sürülür. “Ümumiyyətlə, Moskva problem hesab etdiyi məsələlərlə bağlı məqsədyönlü mesajları ötürmək üçün məcburi siqnallardan istifadə edir”, - deyə hesabatda bildirilir.
Olay barədə ətraflı reportaj hazırlayan Dara Massicot isə öz araşdırmasında yazır: “Bəzən təzyiq siqnalı belə görünür: bir təyyarə hədəfi sorğulamaq üçün gəlir. Əvvəlcə “təmiz qanadlar”la (yəni, raketsiz), lakin ikitərəfli münasibətlər pisləşərkən təyarələr get-gedə daha çox “çirkli qanadlar”la (raketlərlə) gəlməyə başlayır”.
Müəllif daha sonra qeyd edir ki, adətən, Rusiya “başqa üsullar”dan istifadə etdikdən sonra vəziyyəti öz xeyrinə dəyişmək üçün təhlükəli və qeyri-peşəkar əməllərə əl atır.
Qarşıdurma qığılcımları
Rusiyanın bu işdə məqsədi ABŞ təyyarələrini və hərbi gəmilərini Ukraynanın sərhədlərindən mümkün qədər uzaq tutmaqdır.
2014-cü ildən - Rusiyanın Ukraynaya hücumunun ilk vaxtlarından başlayaraq, Moskva ilə Vaşinqton arasında bir neçə dəfə bu tip toqquşma baş verib. 2017-ci ildə Rusiyanın “Su-27”-si ABŞ-ın
“RC-135 Rivet Joint” müşahidə təyyarəsinin yaxınlığında təhlükəli şəkildə uçuş etmişdi. Növbəti il Rusiyanın hərbi təyyarəsi Amerikanın “EP-3” kəşfiyyat təyyarəsi ilə yanaşı uçmuş, 2020-ci ildə isə ABŞ-ın “B-52” bombardmançı təyyarəsinin qarşısında təhlükə vəziyyəti yaratmışdı.
Lakin indiki insident daha ciddidir. Çünki sözügedən toqquşma əvvəlkilərdən fərqli olaraq qəza enişi ilə nəticələnib. Bu, Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya və NATO qüvvələri arasında ilk ciddi toqquşmadır. Bəzi ekspertlərə görə, hadisənin sırf ehtiyatsızlıqdan baş verməsi də mümkündür. Belə ki, hazırda həm Rusiya, həm də NATO qüvvələri Ukrayna ətrafında getdikcə daha çox hərbi texnika yerləşdirməyə davam edir. Ona görə də məlum insidentin ehtiyatsız davranışın nəticəsi olması da mümkündür. Lakin bu ehtimal da gözlənilən Rusiya-ABŞ qarşıdurması riskini azaltmır.
ABŞ-dan xəbərdarlıq: “Aqressiv hərəkətləriniz təhlükəlidir!”
Məsələni media üçün şərh edən bir neçə ABŞ rəsmisi məlum olayın ABŞ və NATO kəşfiyyat təyyarələrini hədəfə alan hansısa geniş strateji planın bir hissəsi olduğuna dair hər hansı məlumata malik olmadıqlarını söyləyib.
Hadisənin qəsdən, yoxsa təsadüf üzündən baş verdiyi tam sübuta yetirilməsə də, ABŞ-ın Avropa Komandanlığı aşağıdakı məzmunda xəbərdarlıq edib: “Rusiya ekipajlarının bu kimi aqressiv hərəkətləri təhlükəlidir və bu cür düşünülməmiş addımlar səhv hesablamalara, gözlənilməz eskalasiyalara səbəb ola bilər”.
ABŞ Dəniz Piyadaları komandanı, general David Berger isə deyib ki, pilotsuz təyyarənin vurulması kimi ssenarilər gözlənilməzliyi səbəbindən ABŞ ordusunu ən çox narahat edən məsələlərdəndir. Berger hadisənin Sakit okeanda da narahatlıq doğurduğunu bildirib. ABŞ hərbi təyyarəsinin bu formada vurulması sonuncu dəfə Çin sahillərində baş vermişdi. 2001-ci ilin aprelində ABŞ-a məxsus “EP-3” hərbi təyyarəsi Çin hərbi hava qüvvələri tərəfindən vurulmuşdu. İnsident zamanı Çin təyyarəsinin dənizə düşməsi, ABŞ-ın kəşfiyyat təyyarəsinin isə Çinin Haynan adasına təcili eniş etməsi diplomatik böhrana səbəb olmuşdu.
Notr Dam Hüquq Məktəbinin professoru, beynəlxalq hüquq və gücdən istifadə üzrə ekspert Meri Ellen O’Konnell hadisə ilə bağlı “The Guardian”-a verdiyi açıqlamasında qeyd edib ki, rus pilotu “Reaper”i vurduqdan sonra benzin tökərək onu yandırmağa çalışıb:
“Çox güman ki, “Reaper” Ukrayna səmasını izləyirmiş. Silahlı münaqişə qanunlarına əsasən, tərəflərdən birinin üçüncü qüvvənin bu formada müdaxiləsini aradan qaldırmaq ixtiyarı var”.
Hazırda ruslar və amerikalılar Qara dənizdə vurulmuş ABŞ PUA-sının qalıqlarını tapmaq üçün sözün əsl mənasında yarışa giriblər. Əlbəttə, PUA-nın qalıqlarını ilk olaraq ruslar taparsa, bu, rus kəşfiyyatı üçün xeyli qiymətli məlumat mənbəyi olacaq.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxTurizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16

