Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / May ayının istirahət günləri açıqlandı

May ayının istirahət günləri açıqlandı

27.04.2026 [11:20]

2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı digər aylarla müqayisədə daha çox olacaq.

Trend xəbər verir ki, 9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü elan ediləcək. Bununla da, 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.

Eyni zamanda, mart ayında olduğu kimi, mayda da iki bayram – Qurban bayramı (27-28 may tarixləri) və Müstəqillik Günü (28 May) eyni dövrə təsadüf edir. Bu səbəbdən 29 may da qeyri-iş günü sayılacaq. Beləliklə, 27, 28, 29 may tarixləri ilə yanaşı, 30 və 31 may (həftəsonu) da istirahət günləri olacaq.

Nəticədə, may ayında şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq. Növbəti iş günü isə 1 iyun tarixindən başlayacaq.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30