Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan heyəti mükafatlandırılıb - SƏRƏNCAM

VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan heyəti mükafatlandırılıb - SƏRƏNCAM

26.11.2025 [15:44]

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislər mükafatlandırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla mükafatlandırılma üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon 900 min manat vəsait ayrılıb.

Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 gün müddətində hazırlayıb təsdiq etməli, ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi isə göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30