İrəvan-KTMT ziddiyyətləri daha da kəskinləşir
26.11.2025 [09:25]
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitinə qatılmayacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O əlavə edib ki, İrəvan tədbirdə iştirak etməsə də, orada razılaşdırılacaq sənədlərin qəbuluna mane olmayacaq. Xatırladaq ki, sözügedən sammit 27 noyabrda keçiriləcək.
Rəsmi İrəvanın Bişkek sammitinə qatılmaqdan imtina etməsi Ermənistan - KTMT ziddiyyətlərinin kəskinləşməsində növbəti səhifəni təşkil edəcək. Qeyd edək ki, bu ölkə 2024-cü il fevralın 23-dən qurumda iştirakını dayandırıb. Rəsmi İrəvan həmçinin təşkilata üzvlük haqqı ödəmir.
KTMT 44 günlük müharibəyə və antiterror əməliyyatına müdaxilə edə bilərdimi?
Baş nazir Nikol Paşinyan və onun komandasında yer alan rəsmilər ölkələrinin təşkilatdan incikliyinin KTMT-nin Ermənistan qarşısında öhdəliyini yerinə yetirməməsi ilə əlaqələi olduğunu bildirirlər. Onlar bununla bağlı dəfələrlə açıqlamalar veriblər. Ermənistan rəsmiləri KTMT-nin öhdəliklərini yerinə yetirməməsi iddialarından çıxış edərkən İkinci Qarabağ müharibəsi günlərində və ondan sonrakı dövrdə təşkilatın İrəvana hərbi dəstək göstərmədiyini əsas gətirirlər. Halbuki belə iddiaların hansısa bir əsası yoxdur.
Yaxın tarix hər kəsin yadındadır. Bir vaxtlar Ermənistan Azərbaycanı müttəfiqləri, daha çox da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyirdi. Bu ölkə 44 günlük müharibədə məhz KTMT-yə güvənərək Azərbaycanın keçmiş təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini, mülki infrastrukturunu ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tuturdu. Ərazilərimizə qadağan olunmuş silahlar atan bu ölkənin hərbi-siyasi elitasında təmsil olunanlar açıq şəkildə bildirirdilər ki, Azərbaycan belə hücumlara cavab verib Ermənistan ərazilərinə atəş açsa, KTMT-dən hərbi yardım istəniləcək. Bəli, müharibə günlərində Ermənistanda KTMT-nin bu ölkəyə hərbi yardım göstərəcəyi ilə bağlı gözləntilər böyük idi. KTMT isə Ermənistan rəsmilərinin xəyallarını bir növ suya salaraq əritdi. Qurumdan Ermənistana hərbi yardım göstərilmədi və bunun hüquqi əsaslarını tapmaq da mümkün deyildi. Çünki Azərbaycanın başqa dövlətin ərazilərində müharibə aparmaq kimi bir niyyəti yox idi. Döyüşlər sırf respublikamızın ərazisində gedirdi. Bu, Azərbaycvan üçün ədalətli müharibə idi. Respublikamızın yeganə istəyi üç onillik ərzində işğal altında qalan torpaqlarımızı geri qaytarmaq idi ki, buna da Vətən müharibəsində nail oldu. Düşmən müharibə günlərində təmas xəttindən uzaqda yerləşən Gəncəyə, Mingəçevirə, Bərdəyə, Tərtərə raket zərbələri endirməklə ölkəmizi təxribata çəkmək istəyirdi. Məkrli plan bu idi ki, Azərbaycan da cavab atəşi ilə Ermənistan şəhərlərini bombalasın və bu halda KTMT-nin müdaaxiləsi qaçılmaz hala gəlsin. Azərbaycan bu təxribata getmədi. Düşmənin cavabı zamanında işğal etdiyi ərazilərimizdə verildi.
Ermənistan rəsmiləri eyni canfəşanlığı 2023-cü il sentyabr ayının 19-20-də Azərbaycan lokal xarakterli antiterror əməliyyatı həyata keçirərkən də sərgilədilər. Yenə də KTMT-nin Ermənistanın köməyə gəlməsinə hansısa bir hüquqi əsas yox idi. Ermənistandan Azərbaycan ərazilərinə silah daşınmasının qarşısını almaq, separatçıların dövlətçiliyimizə, ölkəmizin konstitusiya quruluşunun pozulmasına hesablanan təxribat əməlləriniə son qoymaq Azərbaycanın suveren hüququ idi və rəsmi Bakı da bu hüququndan beynəlxalq qaydalar çərçivəsində istifadə etməklə ölkə ərazisində separatizmin kökünü tamam kəsdi. Hansısa bir beynəlxalq təşkilatın, o cümlədən də KTMT-nin buna müdaxilə etməyə səlahiyyəti sadəcə çatmırdı.
Digər tərəfdən, o reallıq da ortadadır ki, KTMT-də yer alan dövlətlərin böyük əksəriyyəti Azərbaycanın dostlarıdırlar. Onların bir çoxu ilə respublikamız arasında strateji tərəfdaşlıq münasibətləri qurulub. Belə olan halda rəsmi İrəvanın KTMT-nin hərbi arsenalını Azərbaycana qarşı yönəltmək cəhdi hansı məntiqə sığırdı? Cavab birmənalıdır - kor məntiqə! KTMT işğalçıya dəstək verməməklə ədalətin və beynəlxalq hüququn yanında oldu və öz nüfuzunu qorumağı bacardı.
İrəvanın Aİ-yə inteqrasiya cəhdi
Təbii ki, KTMT- nin Azərbaycana qarşı müharibəyə qoşulmaması rəsmi İrəvanı bu təşkilatdan incik salan yeganə bəhanə deyil. Bunun digər, bəlkə də, ən mühüm səbəbi Ermənistanın siyasi oriyentasiyasını dəyişməsindən, daha dəqiq desək, Rusiyadan qopub Avropa İttifaqına (Aİ) inteqrasiya etmək istəyindən qaynaqlanır. Son illərdə bu ölkədə köhnə müttəfiqlərlə vidalaşmaq, Qərbə üz tutmaq, o cümlədən də KTMT-də üzvlüyün Şimali Atlantika Alyansı (NATO) ilə əməkdaşlıqla əvəzlənməsi ilə bağlı intensiv müzakirələr aparılır. Bu planının konturları hər ötən gün özünü daha qabarıq şəkildə büruzə verir. Ermənistan özünün Qərbyönümlü dövlət olduğunu isbatlamaq üçün dəridən-qabıqdan çıxır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ölkənin rəsmiləri son vaxtlarda köhnə dostlarla əlaqələr qurmağa çox da həvəsli görünmürlər. Eyni zamanda, Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya etmək ideyası cəmiyyətə geniş şəkildə təlqin edilir. Əkilən toxumlar da öz cücərtilərini verir. Belə ki, Ermənistan cəmiyyətində anti-Rusiya ovqatı getdikcə güclənir. Beynəlxalq “Gallup” Assosiasiyasının bir qədər bundan əvvəl Ermənistandakı rəsmi nümayəndəliyinin keçirdiyi rəy sorğusunun nəticələri də bunu təsdiqləyir. Qurumun yaydığı məlumatda bildirlir ki, Ermənistanın KTMT-də qalmasını əhalinin cəmi 17 faizi istəyir. “Ermənistan vətəndaşlarına ölkənin hansı təşkilata - KTMT-yə, yoxsa NATO-ya üzv olması ilə bağlı sual verilib. Respondentlərin 44,3 faizinin fikrincə, Ermənistan neytral ölkə olmalıdır. Bununla yanaşı, rəyi soruşulanların 16,9 faizi KTMT-yə, 29 faizi isə NATO-ya üzvlüyü dəstəkləyib”, - deyə assosiasiyanın yerli nümayəndəsi Aram Navasardyan bildirib.
Həmçinin rəyi soruşulan vətəndaşların 56,7 faizi Ermənistanın Avropa İttifaqına daxil olmasının lehinə, 32,8 faizi isə əleyhinə çıxıb. Sorğunun nəticələri əslində Ermənistanın Qərblə Rusiya arasında siyasi poliqona çevrilməsinin təzahürüdür. Qeyd edək ki, hazırda ölkədə Avropa İttifaqına meylli olan iqtidar komandası ilə Rusiya ilə tərəfdaşlığa çağırış edən müxalifət və kilsə arasında ciddi siyasi mübarizə gedir. Gələn il keçiriləcək seçkilər yaxınlaşdıqca bu mübarizə daha da aqressiv hal alır.
MÜBARİZ FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45

