Milli Məclisin iclasında...
26.11.2025 [11:59]
Deputatlar 14 qanun layihəsini müzakirə ediblər
Noyabrın 25-də Milli Məclisin növbəti keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 14 məsələ daxil edilib.
Əvvəlcə Azərbaycanın bir sıra ölkələr ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edilməsi məsələsinə baxılıb. Belə ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in, “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in, “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in, “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in, “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in, “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
İclasda, eləcə də “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə də baxılıb. Müzakirələrdən sonra sənədlər qəbul edilib.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi müzakirə olunub. Layihəni təqdim edən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, bu saziş ölkəmizin təhlükəsizlik arxitekturasını möhkəmləndirən mühüm sənədlərdən biridir. Saziş 2025-ci il sentyabrın 19-da Bakı şəhərində müvafiq qurumların rəhbərləri tərəfindən imzalanıb. Komitə sədri qeyd edib ki, sənəd iki dövlət arasında informasiya təhlükəsizliyi, kibermühafizə və müdafiə sahəsində əməkdaşlıq üçün daha sistemli və etibarlı əsaslar yaradır: “Transmilli cinayətkarlıq, terrorizm, kiberhücumlar və regiondakı geosiyasi proseslər göstərir ki, dövlətlər arasında informasiya mübadiləsi ancaq etibarlı qaydalar və qarşılıqlı öhdəliklər əsasında aparılmalıdır. Bu Saziş ölkələrimiz arasında ötürülən məlumatların məxfiliyini, bütövlüyünü və mühafizəsinin təmin edilməsini hüquqi cəhətdən rəsmiləşdirir. Sazişin bir mühüm tərəfi ondan ibarətdir ki, hər iki dövlət məxfi məlumatları yalnız səlahiyyətli qurumlar və təhlükəsizlik tələblərinə uyğun prosedurlar çərçivəsində mübadilə edəcək, məlumatların üçüncü tərəflərə verilməsi isə yalnız qarşı tərəfin razılığı ilə mümkün olacaq. Bu, həm etimad mühitini gücləndirir, ikitərəfli əməkdaşlığın uzunmüddətli davamlılığını təmin edir. Azərbaycan üçün bu sazişin əhəmiyyəti ondan ibarətdir ki, Moldova ilə təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir, cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks kəşfiyyat məlumatlarının mübadiləsi və kibertəhlükəsizlik üzrə koordinasiya daha effektiv hala gəlir. Bu, ölkəmizin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin güclənməsinə və regional təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir”. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Sonra “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) təqdim edilib. Bildirilib ki, qanun layihəsi Azərbaycan ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir. Layihədə müvafiq anlayışlar, sahə üzrə dövlət tənzimlənməsi çərçivəsində görüləcək tədbirlər, ekspeditora qarşı pretenziya və iddia verilməsi qaydaları, sahəvi ictimai birliklərin yaradılması ilə bağlı məsələlər əks olunur.
Qanun layihəsinin tərtibi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədardır. Strategiyanın Tədbirlər Planında tranzit daşıma və logistika işinin səmərəli təşkili üçün nəqliyyat-ekspedisiya fəaliyyətini reqlamentləşdirən normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu layihə nəqliyyat-logistika göstəricisi üzrə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Belə ki, nəqliyyat-ekspedisiya fəaliyyəti iqtisadi indikator kimi sahibkarlıq subyektlərinin geniş dairəsini əhatə edir.
Qeyd olunub ki, bir sıra beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi, ölkəmizdə beynəlxalq standartlara uyğun logistika mərkəzlərinin və nəqliyyat infrastrukturunun yaradılması, bu səbəbdən yüklərin ölkə ərazisindən tranzit olaraq daşınması həcminin artması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri nəqliyyat-ekspedisiya fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradır. Qanun layihəsinin qəbul edilməsi ilə ölkəmizin tranzit imkanlarından daha səmərəli istifadə edilməsi, logistika xidmətlərinin keyfiyyətinin artması, daşıma xərclərinin azaldılması, vaxtın səmərəli idarə olunması təmin ediləcək, yerli ekspeditorların beynəlxalq bazarda rəqabət qabiliyyəti yüksələcək.
Sonra Mülki Məcəllədə, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verilib və bu sənədin “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsindən irəli gələrək hazırlandığı diqqətə çatdırılıb.
Deputatlar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi layihəsini (birinci oxunuş) də qəbul ediblər. Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq. Qüvvədə olan qanuna görə, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.
Sənədə əsasən isə ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.
Qeyd edək ki, deputatlar gündəlikdə olan bütün məsələləri qəbul ediblər. Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının dekabrın 2-də keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

